Icma.az
close
up
RU
İsrail Fələstin müharibəsində sülh hələ ki, mümkün deyil Politoloq

İsrail Fələstin müharibəsində sülh hələ ki, mümkün deyil Politoloq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Akif Nağı bildirdi ki, İsrail-Fələstin münaqişəsi müəyyən xarici qüvvələr tərəfindən vaxtilə yaradılıb:

"Həm İsraildən bu münaqişədə müəyyən qüvvələr istifadə edir, eyni zamanda fələstinlərdən də istifadə olunur. Əgər ədalət mövqeyindən yanaşılarsa, 1947-ci və 1948-ci illərdə BMT səviyyəsində qəbul olunmuş qərarlara görə həmin ərazidə iki dövlət yaranmalı idi. Amma həmin andan BMT-nin qərarına baxmayaraq, İsrail tam şəkildə həmin qərara qarşı çıxdı və fələstinlilər üçün ayrılmış ərazini zəbt etməyə başladı. O hesab edirdi ki, qədimdə orada İsrail dövləti olub. Amma o qədimi mifik Davud və onun oğlu Süleyman peyğəmbərlərin dövrünə aid edirlər. Davud həm də həmin dövlətin başçısı idi. Süleyman da xristian və yəhudi mənbələrində Solomon kimi tanınıb. Yəni Solomon həm peyğəmbər, həm də İsrail dövlətinin başçısı idi. Az müddət mövcud oldu. Ondan sonra həmin ərazi Assuriya tərəfindən zəbt olundu və daha sonra digər dövlətlər tərəfindən idarə edildi. 7-ci əsrdə Azərbaycanın Madaylar sülaləsi həmin əraziləri nəzarətə götürdü, çünki eradan əvvəl 7-ci əsrdə sülalə geniş ərazilərdə imperiya yaratmışdı. Bu ərazilərə həm Assuriyanın torpaqları, həm də yəhudi əraziləri daxil idi. Sonra onların müstəqil dövləti heç vaxt olmadı və müxtəlif dövrlərdə imperiyaların tərkibində oldu. Son olaraq Osmanlı imperiyasının tərkibində idi".

Müsahibimiz qeyd etdi ki, 1918-ci il Birinci Dünya Müharibəsindən sonra həmin ərazidə planlar qurulmağa başladı:

"İngiltərə başda olmaqla bəzi dövlətlər yəhudiləri Fələstin torpaqlarına köçürməyə başladılar, çünki əhali azlıq təşkil edirdi. Qüdsdə yəhudilər yox dərəcəsində idi. Onlar oraya qayıtmağa çalışırdılar və həmin dövrdə “ingilis barmağı” ifadəsi işlədilirdi. İngilislər Avropada siyasəti müəyyənləşdirdilər və təşəbbüsləri ilə yəhudiləri hissə-hissə Qüdsə, Fələstin torpaqlarına köçürdülər. İkinci Dünya Müharibəsindən sonra artıq dünya əksər dövlətləri yəhudilərin dövlətini yaratmağı qəbul etdi, çünki onlar soyqırıma məruz qalmışdılar. Bu qərara əsasən iki dövlət – yəhudilər və fələstinlilər həmin ərazidə mövcud olmalı idi. Yəhudilər hesab edirlər ki, qərar düzgün deyil, yalnız onların dövləti olmalıdır. Onlar həm fələstinliləri həmin ərazidən çıxarır, həm də qonşu ərazilərdən iddialarını artırır. 1967-ci il yeddi-altı günlük müharibədən sonra xeyli əraziləri zəbt etdilər. Suriya, İordaniya, Misir ərazilərini nəzarətdə saxlayırlar.

Fələstinlilər isə BMT-nin qərarı ilə onlara ayrılmış ərazidən böyük hissəsini itiriblər və İordaniyada və digər yerlərdə qaçqın kimi yaşayırlar. Bu məsələni ortaya atanlar maraqlarını hələ də həyata keçirməyə çalışırlar. İsraili yaradanlar İsraildən alət kimi istifadə edir, ərəb və müsəlman dünyasına qarşı. Fələstinlilərin hüquqlarını müdafiə edən bəzi dövlətlər onların vəziyyətindən istifadə edir. İsrail daxilində də ərəblərlə qarşıdurmanı saxlayırlar, çünki bu, dövlətin mövcudluğunu gücləndirməyə xidmət edir. Fələstinlilərin hüquqlarını tanımaq, dövlət yaratmaq və qonşu ərəb ölkələri ilə münasibətlər qurmaq İsrail üçün əlverişlidir. Amma xarici qüvvələr hələlik kompromisə imkan vermir. Ona görə bu məsələnin həlli hələ mümkün görünmür. Yaxın vaxtlarda atəşkəs rejimi bərqərar oluna bilər, amma sabit və davamlı sülh hələ ki, mümkün deyil".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri