TDT sammiti çərçivəsində yeni sənədlər imzalanıb
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb.
Mia.az xəbər verir ki, imzalanan sənədlərdən biri də Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) olub.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.
Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















