Icma.az
close
up
RU
COP29 çərçivəsində TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb FOTO

COP29 çərçivəsində TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Ölkəmizdə təşkil edilən COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələrimiz arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb.

Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin yaşıl iqtisadi keçidini dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli yaşıl keçid üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli yaşıl inkişaf strategiyalarının hazırlanması, yaşıl enerji zonalarının yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, yaşıl KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.

Nazirlər Görüşündə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali, Qazaxıstanın Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlər Nazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər. Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıl iqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya proseslərinin güclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşma baxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıq vasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərinin həllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərini nümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.

Tədbirdə təşkilata üzv dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərlərinin İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişafın rəhbərlik etdiyi gələcək üçün ortaq baxışı ortaya qoyur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri