Icma.az
close
up
RU
TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk İnvestisiya Fondu arasında Anlaşma Memorandumu imzalanacaq.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən "Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B" tədbirində bildirib.

"Bu sənəd, əsas iqtisadi təşkilatlarımız arasında tərəfdaşlığı institutlaşdıracaq və Türk dünyasında investisiyaları sürətləndirəcək. Türk İnvestisiya Fondunun aktivləşməsi kiçik və orta biznesə dəstək verəcək, əsas infrastruktur və iqtisadi layihələri maliyyələşdirəcək, həmçinin ticarət və investisiya imkanlarını genişləndirəcək", - o qeyd edib.

K. Ömüraliyev əlavə edib ki, fond sənaye, logistika, enerji səmərəliliyi, informasiya-kommunikasiya texnologiyaları və yaşıl iqtisadiyyat sahələrində innovativ layihələrə maliyyə dəstəyi verəcək.

O, Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb: "Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarətin həcmi hazırda ümumi ixracın cəmi 7 %-ni təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir".

TDT-nın Baş katibi xatırladıb ki, türk dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadrat kilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır.

"Türk dövlətlərinin ümumi ÜDM-i 4,3 trilyon ABŞ dollardan çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır", - K. Ömüraliyev bildirib.

O qeyd edib ki, Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır: "Bu dəhliz, Şimal Dəhlizindən 2 000 kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır".

K. Ömüraliyev Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsinin Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacağını və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracağını vurğulayıb.

Onun sözlərinə görə, TDT-nın 11-ci Zirvə Toplantısında Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) imzalanıb və hazırda ratifikasiya prosesindədir: "Bu saziş, TDT üzvləri arasında rəqəmsal əməliyyatlara etimadı artıracaq. Xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin yekunlaşdırılması da əsas prioritetlərdəndir. Bu addım üzv ölkələr arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artıracaq".

K. Ömüraliyev qeyd edib ki, Türk dövlətlərinin mərkəzi banklar və milli banklar Şurasının yaradılması barədə Memorandum imzalaması maliyyə əməkdaşlığının genişlənməsinə xidmət edəcək: "Türkiyə Yaşıl Maliyyə Şurası Memorandumunun imzalanması isə "yaşıl maliyyə" və dayanıqlı investisiyalar üçün mühüm addımdır".

O, bu il keçiriləcək əsas iqtisadi tədbirlərə toxunaraq, Daşkənddə Türk İnvestisiya Forumunun, Qazaxıstanın Türkistan şəhərində Turan Sakit Okean İqtisadi Zonasının açılışının, eləcə də Mərkəzi Banklar Şurasının və Yaşıl Maliyyə Şurasının ilk iclaslarının keçiriləcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri