Icma.az
close
up
RU
TDTnin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır AZƏRTAC

TDTnin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İstanbul, 15 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyə tərəfindən qlobal mövqe müəyyənləşdirmə sistemini (GNSS) qurmaq məqsədilə yaradılan “Fergani Uzay” şəbəkəsinin ilk peyki “FGN-100-d1” “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə ABŞ-dakı Vandenberq bazasından kosmosa göndərilib. Peyklərdən ibarət “Fergani Uzay” sistemi Türkiyənin “Baykar” texnologiya şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərliyi altında başladılan layihə əsasında həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsini şərh edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev bunu Türk dünyasının yaradıcılığının və əzminin növbəti nümunəsi kimi qiymətləndirib.

“Bayraktarın TDT tərəfindən Buxarada təşkil olunan Gənclik Platformu tədbirində Türk dünyasının parlaq gənc beyinləri ilə həvəsli şəkildə paylaşdığı bu vizyonun reallaşdığını görməkdən xüsusilə məmnunam. İllər ərzində inkişaf edən bir xəyala əsaslanan bu uğur, bütün Türk dünyası üçün böyük bir fəxr və sevinc qaynağıdır” - deyə Baş katib bildirib.

O qeyd edib ki, bu layihə, Fərqani və Uluqbəy kimi alimlərin irsini davam etdirir, ortaq elmi irsimizi dirildərək gələcək nəsillərə ilham verir, eyni zamanda, Türk dünyasının qlobal kosmos tədqiqatları sahəsində artan potensialını nümayiş etdirir.

Bu uğurun, həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında kosmik texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayan Ömüraliyev deyib: “TDT Katibliyi bu mühüm sahədə əməkdaşlığı irəlilətmək üçün sarsılmaz iradəsini bir daha təsdiqləyir. Kosmos tədqiqatları sahəsindəki birgə bacarıqlarımızı gücləndirmək üçün mütəxəssislik, təcrübə və texniki bilik paylaşımı üçün bir platforma təmin etməyi hədəfləyirik.

Bu fürsətdən istifadə edərək, əməyi keçən hər kəsi təbrik edir, bu böyük inkişafın Türk dünyası üçün daha böyük uğurlara yol açmasını arzu edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri