Icma.az
close
up
RU
TDTyə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər AZƏRTAC

TDTyə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 noyabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin 6-cı görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə TDT Baş katibinin müavini Merey Mukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrin diasporlarının hazırkı vəziyyəti və gələcəyi - diasporlarla əməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində səylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi proqramlarının effektivliyinin, diaspor potensialının artırılması, gənclərin iştirakı ilə keçiriləcək Türk Diaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi və akademik təşəbbüslərində Türk diaspor nümayəndələrinin daha geniş iştirakının təmini məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev tədbirdə çıxış edərək, Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının son zamanlar daha da intensiv xarakter aldığını vurğulayıb, TDT çərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına əsasən keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin, müxtəlif proqramların, forumların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldığını qeyd edən E.Əliyev Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyin qorunmasına önəm verilməsinə diqqət çəkdiyini xatırladıb, buna uyğun olaraq Komitə tərəfindən bazar günü məktəblərinin təşviq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün ikinci təcrübə, Çexiyada isə Türkdilli Diasporların 3-cü Potensialartırma təlim proqramlarının keçirilməsinə dair razılığa gəlinib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Özbəkistan mədəniyyətlərinə dair sərgi təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri