Icma.az
close
up
RU
Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma...

Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma...

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı daha bir qalmaqal yaranıb. 3 ay əvvəl vəzifəsindən öz ərizəsi ilə çıxan Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan bu teatrın keçmiş aktyorunun böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, İntiqam Soltan (Həsənli) aktyor S.Məmmədovun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

İki ildən artıq müddətdə Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik etdiyini deyən İntiqam Soltanın sözlərinə görə, ölkədə teatr sahəsi üzrə sayılıb-seçilən sənətkarlardan biridir. Onun bu teatra direktor təyin olunmağında məqsəd də orada baş verən neqativ hərəkətlərə son qoyulması, teatrın nüfuzunun artırılması, şəhər əhalisinin teatra gəlməsini aktivləşdirmək və mədəniyyət sahəsində müsbət dəyişikliklərə nail olmaq olub.

İntiqam Soltanın sözlərinə görə, teatrın keçmiş aktyoru onu sosial şəbəkələrdə, müxtəlif saytlarda törətmədiyi əməllərdə ittiham edib, barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb: “Onun dedikləri çox ciddi ittihamlardır, məni cəmiyyətdə mənfi xarakterizə edəcək böhtandır. Məni teatrın büdcəsindən pulları mənimsəməkdə, Bakı Uşaq və Gənclər Teatrını maliyyələşdirməkdə ittiham edir. Guya mən başqa şəxslərin göstərişi ilə işləmişəm, peşəkarlığım yoxdur. Mənim barəmdə sosial şəbəkədə olan adi paylaşımın altında qeyri-etik sözlər yazır”.

Aktyor isə İntiqam Soltanın ittihamlarıyla razılaşmır. S.Məmmədov bildirib ki, sosial şəbəkələrdə onun haqqında qeyri-etik şərh yazmayıb. Onun sözlərinə görə, sosial media platformalarının birində müsahibəsi yayımlanıb. Orada "İntiqam Soltanın öz teatrından lazımsız geyim yaxud başqa ləvazimatlar gətirib, Mingəçevir Dövlət Dram Teatrında sənədləşdirərək dəyərindən artıq pul yazdırıb aparması" barədə danışıb: “Bunu da bütün teatr kollektivi bilir. Hamı bunu təsdiq edə bilər. Mingəçevir Teatrının pulunu Bakıdakı Uşaq və Gənclər Teatrının xeyrinə xərcləməsi barədə dediklərimə gəlincə, o, əksər vaxt ezamiyyət vərəqəsi alaraq Bakıya - öz evinə gedib. Amma sənədləşdirəndə Bakı Uşaq Teatrda hər hansı teatr tədbiri yaxud vacib iş üçün sənədə qeyd edilib”.

Aktyor şikayətin icraata götürülməməsini məhkəmədən xahiş edib.

Sonradan İntiqam Soltan məhkəməyə ərizə göndərərək, şikayətindən imtina etdiyini bildirib. Bu səbəbdən məhkəmə də onun ərizəsini nəzərə alaraq, şikayəti icraata götürməyib.

Qeyd edək ki, İntiqam Soltan mayın 1-dən öz ərizəsi ilə Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsindən çıxıb. Onun bu addımının səbəbi olaraq, Mingəçevir Şəhər Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsinin qərar ilə razı olmaması göstərilir.

Söhbət işdən azad olunmuş Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli ilə bağlı məhkəmə qərarından gedir. O, teatrın direktoru, əməkdar artist İntiqam Soltana qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun əmrinin ləğvini və işinə bərpa olunmasını istəyib. Mingəçevir Şəhər Məhkəməsi işə bərpa tələbi ilə bağlı iddianı təmin edib, Şəki Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

İntiqam Soltan Elçin Məhərrəmli ilə bağlı qərarını haqlı saymırdı və Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Bu səbəbdən də həmin qərardan sonra özü işdən çıxmaq barədə ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Nazirlik də ərizəni qəbul etdi və mayın 1-dən müqaviləyə xitam verdi.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri