Icma.az
close
up
RU
TƏBİB dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

"Həkimlər tərəfindən Zəhra Mehdiyevanın həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və həkim heyətini qeyri-peşəkarlıqda ittiham etməsinə cavab olaraq Modern.az-a bildirib.

Qurumdan bildirilib ki, yaralı xəstəxanaya daxil olduqdan dərhal sonra təxirəsalınmaz reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb:

"Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb. Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.

İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.

Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib".

Xatırladaq ki, vəkil, professor Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən 17 yaşlı qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O, xəstəxana heyətinin qızının həyatını xilas etmək üçün kifayət qədər səy göstərmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see169

Lukaku “Fənərbağça”ya keçməyə razılaşıb

09 Avqust 2026 03:10see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri