Icma.az
close
up
RU
TƏBİB direktoru: Köhnə ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir

TƏBİB direktoru: Köhnə ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən "Səhiyyədə yeni imkanlar" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil:

"İdarəçilər başqa ixtisas sahibləri, əsasən maliyyəçilər və s. şəxslər də ola bilər. Əsas olan xərc və gəlirlərin düzgün tənzimlənməsi, tibbi xidmətlərin zənginləşdirilməsidir. Bu da sonda özəl xəstəxanalarda olduğu kimi dövlət tibb müəssisələrində aldığı xidmətdən məmnun qalsın. Təbii ki, rəhbər şəxslərin qarşısına ilk mərhədə bu tələbi qoymaq düz deyil. Çünki menecerlik hər kəs üçün yenidir".

V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ölkədə yalnız baş həkim var idi:

"Direktor və inzibati idarəedici yox idi. Bu insanları yetişdirmək lazım idi. Artıq 4 ilə yaxındır ki, postsovet dönəmindən aktiv sistemə keçid etmişik. Xaricdən dəvət olunan mütəxəssislərin bu sahədə ölkədə təlim keçməsi önəmlidir. Artıq Avropa ölkələrinin Azərbaycanın tibb müəssisələrinə marağı artır".

"Köhnə və keçmişdə qalmış ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir. Çünki Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, bu da sağlam rəqabət olmalıdır. Çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır.

Əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə ehtiyac qalmır. Bu da öz növbəsində özəl xəstəxanalara müraciətlərin sayının azalmasına da səbəb olur. Özəl xəstəxanalar o səviyyədə inkişaf etməlidir ki, dövlət müəssisələri onlara çatmaq üçün daim çalışmalıdır. Çünki dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq. Çünki müəyyən prosedurlar fərqlidir", - TƏBİB rəhbəri əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri