TƏBİB in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir İcraçı direktor
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda səhiyyə sahəsində son illər aparılan islahatlar xidmətlərin keyfiyyətinin artırılmasına, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin daha əlçatan olmasına yönəlib. Bu inkişafın əsasını tibb elmi ilə yanaşı, innovasiyalar və rəqəmsal texnologiyaların tətbiqi təşkil edir. Müasir texnologiyalar səhiyyədə daha çevik, səmərəli və şəffaf idarəetmə sistemlərinin formalaşmasına, pasiyent məmnuniyyətinin artmasına xidmət edir. SİA xəbər verir ki, bu barədə “Medinex 2025” sərgisinin açılış mərasimində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, “Medinex 2025” sərgisi bu baxımdan çox vacib platformadır. “Sərgi səhiyyə mütəxəssisləri, avadanlıq istehsalçıları, investorlar və akademik dairələr arasında bilik və təcrübə mübadiləsini təmin edir, yeni əməkdaşlıqların yaranmasına imkan yaradır. TƏBİB-in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir. Yeni Klinika və Nizami Tibb Mərkəzinin HIMSS beynəlxalq sertifikatını əldə etməsi bunun bariz nümunəsidir. Bu, səhiyyəmizin beynəlxalq standartlara uyğun texnoloji səviyyəyə çatdığını göstərir. Həmçinin vətəndaşlar şəxsi kabinet və e-təbib tətbiqi vasitəsilə laborator nəticələrini onlayn izləyə bilirlər. Bu, idarəetmədə şəffaflığı və qərarların dəqiqliyini artırır”,- deyə V.Qurbanov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















