TƏBİB in sistemindəki problemin səbəbi nədir? RƏSMİ AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bloqer Gülnar Nəsibli paylaşım edib ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb:
“Artıq ikinci gündür ki, TƏBİBin sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”
Bəs sistem nə vaxt düzələcək?
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna TƏBİB-dən bildiril di ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur:
"Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir. İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















