TƏBİB mina partlayışı ilə bağlı məlumat yaydı − Yenilənib
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 23.07.2026-cı il tarixində saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
***20:53
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
Bu mövzuda digər xəbərlər:TƏBİB dənizdə batan şəxslə bağlı məlumat yaydı Yenilənib
03 İyul 2026 18:17
TƏBİB Beyləqandakı yol qəzası ilə bağlı məlumat yaydı YENİLƏNİB
25 İyul 2025 19:35
TƏBİB Gəncədəki qəzada xəsarət alanlarla bağlı məlumat yaydı YENİLƏNİB (FOTOLAR)
04 Aprel 2025 13:01
TƏBİB məlumat yaydı
24 Fevral 2025 11:01
TƏBİB peyvənləşmə ilə bağlı məlumat yaydı
20 Aprel 2026 11:55
Baxış sayı:113
Bu xəbər 23 İyul 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















