TƏBİB sədri: “Yaralıların müayinəsi bitdikdən sonra xəstəxanaya göndəriləcəklər”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının müayinəsi davam edir. Müayinələr başa çatdıqdan sonra onlar xəstəxanaya müalicəyə göndəriləcəklər”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
O qeyd edib ki, zərərçəkənlərin müayinə və müalicəsi yüksək səviyyədə təmin edilir.
“Məqsədimiz yaralıların tezliklə sağalıb evlərinə qayıtmasıdır. Əvvəl gətirilən 7 nəfər artıq palataya köçürülüb. Onların vəziyyəti stabildir”, - deyə V.Qrubanov bildirib.
Qeyd edək ki, artıq təyyarə qəzası nəticəsində ölən 4 nəfərin cənazəsi və yaralanan 7 nəfər də Bakıya gətirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Dekabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















