Icma.az
close
up
RU
TƏBİB stomatoloqlara xəbərdarlıq etdi Tədbir görüləcək

TƏBİB stomatoloqlara xəbərdarlıq etdi Tədbir görüləcək

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Biz stomatoloqlara işin keyfiyyətinin artırılması məqsədilə ciddi islahatlar keçirmələri üçün ciddi xəbərdarlıq etdik". 

Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən bu prosesin təhlillərini həyata keçirilib:

"Və bu, biz tərəfdən verilən bir tələb, duran yerdə boş bir yerdə verilən bir tələb deyildi. Stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. Və biz də o dövrdən bu günə qədər də eyni qayda ilə bütün ölkə üzrə stomatoloqların fəaliyyətini dəyərləndirmişik. Kifayət qədər böyük vaxt keçib və bu müddət ərzində də aşkar elədiyimiz odur ki, ölkədə elə tibb müəssisələrimiz var ki, orada stomatoloqa bir il ərzində bir nəfər belə müraciət eləyir. Yəni vətəndaş bu xidmətdən məmnun deyil. Bizim bildirdiyimiz o siyahıda olacaq stomatoloqlara il ərzində rəsmi olaraq vətəndaşın müraciəti yoxdur".

Bildirib ki, vacib olan vətəndaşların aldığı tibbi xidmətdən məmnunluğu, aldığı tibbi xidmətin keyfiyyəti, aldığı tibbi xidmətin fəsadlarının olmamasıdır:

"TƏBİB ciddi islahatlar həyata keçirəcək. Və gələcək dövrlərdə də o stomatoloqlarla bağlı, əlbəttə ki, araşdırma gedir. Nəinki stomatoloqlar, ölkədə olan digər həkimlərimizlə bağlı araşdırmalar aparılır. Fəaliyyətləri ilə bağlı son nəticələr bildiriləcək".

Vurğulayıb ki, regionda bəzi stomatoloqlara artıq ştatların ləğv olunması, fəaliyyət göstərdiyi dörddə bir ştatların ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib və bu da qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri