Icma.az
close
up
RU
TƏBİBin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair müşavirə keçirildi FOTO

TƏBİBin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair müşavirə keçirildi FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də Birliyin müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniştərkibli müşavirə keçirilib.
TƏBİB-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Birliyin və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik, radiasiya təhlükəsizliyi, sanitariya, gigiyena normaları və standartları, infeksion-nəzarət sisteminin təkmilləşdirilməsi və tibb müəssisələrinin kommunikasiya fəaliyyəti müzakirə olunub.
 

V.Qurbanov COP29-da iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edildiyini diqqətə çatdıraraq, “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirib.


“Ümumilikdə ölkəmiz tərəfindən götürülmüş öhdəliklər, prioritet hesab edilən qərarlar tibb sahəsi üçün də keçərlidir. Bundan sonrakı dövr üçün mərhələli şəkildə yaşıl xəstəxana, tibbi tullantı mövzusu və enerjidən düzgün istifadə edilməsi istiqamətində səmərəli qərarların qəbul edilməsi labüddür”, - deyə V.Qurbanov qeyd edib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov COP29 zamanı dövlət tibb müəssisələrinin işinin təşkili barədə ətraflı məruzə ilə çıxış edib. O, TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciətinin qeydə alındığını, tibb məntəqələrinə müraciət edənlərin sayının 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlərin isə 492 nəfər təşkil etdiyini bildirib.
“İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar. Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb və onların hər birinə qüsursuz tibbi xidmət göstərilib”, - deyə o əlavə edib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov çıxışında konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadasının tədbirin keçirildiyi müvafiq ərazilərə fasiləsiz təhkim olunduğunu, 492 nəfərin isə həmin təcili yardım briqadalarına müraciət etdiyini və tibbi xidmət aldığını deyib. “COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edirdi, əvəzedici ambulanslar təhkim olunmuşdu. Təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər, xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün ingilis dili kursları da faydalı oldu”, - deyə M.Cəlalov bildirib.
Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva COP29 zamanı əsas diqqət yetirilməsi vacib sayılan məsələlərdən biri olan infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, həmçinin konfransın sessiya və panellərində iştirakla bağlı çıxış edib. O, çıxışında konfrans öncəsi bir çox hazırlıq tədbirlərinin görüldüyünü qeyd edərək, Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məhəmmədi modul tipli xəstəxanaların hazırlıq dərəcəsinin monitorinq edildiyini, infrastrukturun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb. Departament rəhbəri COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış “Vahid Sağlamlıq üzrə” Milli Strategiya və Tədbirlər Planının hazırlanmasında TƏBİB-in də rolunu qeyd edib.
 

“Tibbi xidmətlərin inkişafı departamentinin fəaliyyət istiqamətinə uyğun olaraq ötən müşavirədən sonrakı müddətdə TƏBİB-in İcraçı direktorunun müvafiq əmri ilə tibb müəssisələrində endoskopiya xidmətinin qiymətləndirilməsi həyata keçirilib, 25 müəssisədən 23 müəssisənin qiymətləndirilməsi başa çatıb. Əsas məqsəd tabeli tibb müəssisələrimizdə bu xidməti qənaətbəxş vəziyyətdə təşkil etməkdir”, - deyə Y.Qarayeva diqqətə çatdırıb.


Daha sonra çıxış edən İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova COP29-da kommunikasiya və böhran kommunikasiya hallarının idarə olunması prosesində tibb müəssisələrinin rolundan, eləcə də tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr, böhran kommunikasiyası, rəqəmsal marketinq istiqamətində gördüyü işlərdən danışıb.
Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Qurbanov çıxış edərək bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində əməyin mühafizəsi qaydaları, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələrlə bağlı məlumatlandırma, yanğın, texniki, elektrik və radiasiya təhlükəsizliyi istiqamətlərini əhatə edən yoxlamalar keçirilib. Bu günə kimi yoxlamalar, demək olar ki, TƏBİB-in bütün tabeli tibb müəssisələrində (Şəki-Zaqatala, Şəmkir-Tovuz, Qarabağ TƏB-ləri istisna olmaqla) təşkil edilib.
O.Qurbanov əksər xəstəxanalarda təhlükə potensiallı obyektlərdə daimi nəzarətin təşkil edildiyini bildirib.


Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Dekabr 2024 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri