Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Təbiət həyat qaynağı və insanlığın ümumi evidir

Təbiət həyat qaynağı və insanlığın ümumi evidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünyanın gələcəyi bu gerçəyin hamılıqla qəbul edilməsindən keçir

Hər il iyunun 5-də Yer kürəsində geniş qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü insanların diqqətini ekoloji problemlərə yönəltmək, ətraf mühitin qorunmasının vacibliyini bir daha xatırlatmaq məqsədi daşıyır. Bu qlobal aksiyanın keçirilməsi təbiətin mühafizəsi sahəsində həmrəyliyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir. Hər il bu hərəkat dünyanın 150-dən çox ölkədə müxtəlif tədbirlər, ağacəkmə aksiyaları, maarifləndirici kampaniyalar və ekoloji layihələrlə müşayiət edilir.

Müasir dövrdə bəşəriyyət ciddi ekoloji çağırışlarla üz-üzədir. İqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, su ehtiyatlarının tükənməsi, torpağın eroziyası, meşələrin məhv edilməsi və ətraf mühitin çirklənməsi qlobal təhlükələr sırasındadır. Ekstremal hava şəraiti, quraqlıqlar, daşqınlar və meşə yanğınları ekoloji problemlərin artıq yalnız təbiət hadisəsi deyil, həm də iqtisadi və sosial təhlükəsizlik məsələsi olduğunu göstərir.

Qlobal istiləşmə, havanın, suyun çirklənməsi, meşələrin azalması, torpaqların deqradasiyası və tullantıların artması bəşəriyyət qarşısında duran ən ciddi problemlərdir. Bu problemlər təkcə təbiətə deyil, insanların sağlamlığına, iqtisadi inkişafa və gələcək nəsillərin rifahına da mənfi təsir göstərir. Bu konteksdə təbiətin qorunması, enerjiyə qənaət, su ehtiyatlarından səmərəli istifadə, tullantıları çeşidləmək, ağacəkmə aksiyalarında iştirak etmək və plastik istifadəsini azaltmaq ətraf mühitin qorunmasına verilən real töhfələrdir.

Azərbaycan ətraf mühitin mühafizəsini dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkədə yaşıllıqların artırılması, meşələrin bərpası, alternativ enerji mənbələrinin inkişafı və ekoloji tarazlığın qorunması istiqamətində mühüm layihələr həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsi ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ətraf Mühit Proqramı ilə tərəfdaşlıq çərçivəsində 5 iyun Ümumdünya Ətraf Mühit Gününə həsr olunan “Təbiətdən ilham alaraq iqlim naminə. Gələcəyimiz naminə” şüarı altında silsilə tədbirlər keçirir.

Nazirlikdən verilən məlumata görə, builki Ümumdünya Ətraf Mühit Günü hər kəsi iqlim fəaliyyəti istiqamətində birgə hərəkət etməyə çağırır. İnsanların, şəhərlərin, şirkətlərin və hökumətlərin ətraf mühitlə bağlı verdiyi hər qərarın bir siqnal olduğu vurğulanır. Kampaniya çərçivəsində yerli və xarici iştirakçılar iqlim dəyişmələrinin təsirləri və ya həll yolları ilə bağlı müşahidələrini “İndi iqlim naminə” həştəqləri ilə paylaşaraq kampaniyaya qoşula bilərlər. Tədbirlər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim ediləcək.

Mütəxəssislər qeyd edirlər ki, ətraf mühitin qorunması həm də gələcək nəsillər qarşısında mənəvi məsuliyyətdir. Təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə etmək, ekoloji tarazlığı qorumaq və sağlam ətraf mühit yaratmaq gələcəyin rifahının əsas şərtlərindəndir. Bu gün qəbul edilən qərarlar sabahın ekoloji təhlükəsizliyini müəyyənləşdirir.

Mövzu ilə bağlı сoğrafiya üzrə fəlsəfə doktoru, ekoloji ekspert, Rövşən Abbasov XQ-yə bildirdi ki, hava, su, torpaq və biomüxtəliflik həyatın əsas dayaqlarıdır:

– Lakin son onilliklərdə sürətlənən sənayeləşmə, urbanizasiya, təbii resurslardan qeyri-səmərəli istifadə və ətraf mühitə artan təzyiq bu dayaqları ciddi təhlükə altına salıb. Buna görə də Ümumdünya Ətraf Mühit Günü, sadəcə, təqvimdə qeyd olunan bir tarix deyil, insanları təbiət qarşısında məsuliyyətlərini yenidən dərk etməyə çağıran qlobal təşəbbüsdür. Ən ciddi ekoloji problemlərindən biri iqlim dəyişiklikləridir. Son illərdə müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağıntılar, sel və daşqınlar, uzunmüddətli quraqlıq dövrləri, yüksək temperatur rekordları iqlim dəyişikliklərinin göstəricisidir.

İqlim dəyişiklikləri ölkənin təbii ekosisteminə mənfi təsir göstərir. Bəzi bitki və heyvan növlərinin yaşayış mühiti daralır, biomüxtəliflik azalır, su-bataqlıq əraziləri və digər həssas ekosistemlər deqradasiyaya məruz qalır. Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər, çayların sululuğunun azalması və su ehtiyatlarının tədricən məhdudlaşması gələcək üçün ciddi ekoloji və iqtisadi riskləri artırır.

Müsahibimiz daha sonra qeyd etdi ki, şəhərlərdə ən böyük problemlərdən biri havanın çirklənməsidir:

– Xüsusilə Bakı və Abşeron yarımadasında nəqliyyat vasitələrinin çoxluğu, sənaye müəssisələrinin fəaliyyəti və enerji istehlakının artması atmosferə böyük həcmdə çirkləndirici maddələrin atılmasına səbəb olur. Digər mühüm problem tullantıların həcminin artmasıdır. Əhali sayının və istehlakın artması məişət tullantılarının miqdarını da artırır. Tullantıların düzgün çeşidlənməməsi və təkrar emal səviyyəsinin kifayət qədər olmaması ətraf mühitə əlavə yük yaradır.

Kənd ərazilərində isə əsas ekoloji problemlər torpaq eroziyası və su çatışmazlığı ilə bağlıdır. Güclü yağışlar, meşə örtüyünün azalması və torpaqdan düzgün istifadə edilməməsi məhsuldar torpaq qatının yuyulmasına səbəb olur. Nəticədə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin keyfiyyəti aşağı düşür. Su ehtiyatlarının azalması da kənd təsərrüfatının qarşısında duran ən böyük çağırışlardan biridir.

Rövşən Abbasov deyilənlərə onu da əlavə etdi ki, mövcud problemlərə baxmayaraq, ölkəmizdə ətraf mühitin qorunması istiqamətində mühüm işlər görülür. Azərbaycanın COP29-a ev sahibliyi ölkənin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirak etdiyini göstərən mühüm hadisədir. Bu, həm ölkənin beynəlxalq ekoloji əməkdaşlıqdakı rolunu gücləndirir, həm də “yaşıl inkişaf” strategiyasının uğurla həyata keçirilməsinə təkan verir.

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bir daha xatırladır ki, təbiət insan həyatının ayrılmaz hissəsidir. Təbiəti qorumaq, əslində, gələcəyi qorumaq deməkdir. Sağlam ətraf mühit, təmiz hava, saf su və zəngin təbii ehtiyatlar gələcək nəsillərə ötürməli olduğumuz ən qiymətli mirasdır. Buna görə də ekoloji məsuliyyət hər birimizin gündəlik həyat tərzinə çevrilməlidir.

Mustafa KAMAL
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri