Təbiətə 80 min manatdan çox ziyan vurulub
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Modern.az Agentliyə istinadən xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, “Qafqaz Residence” MTK-ya məxsus ərazidə, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi General Mehmandarov küçəsində, İmişli rayonu Qulubəyli kəndi ərazisində və Quba rayonu Aşağı Xuc kəndinin Digah Xucbala bələdiyyəsinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 81 780 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















