“Təbiəti qoruyaraq” səki zəbt edən sahibkarın əsl məqsədi nədir? FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtda fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahibləri artıq öz özbaşınalıqlarına təbiətsevər donu geyindərməyə başlayıb.
Avsfer.az xəbər verir ki, Bakının Xətai rayonunda obyektlərdən biri səkini indiyə qədər təkrar olunmamış tərzdə özəlləşdirib.
Belə ki, rayonun Mehdi Mehdizadə küçəsində yerləşən “Jini Coffee” adlı obyekt binadan əlavə oalraq artırdığı terasla səkini zəbt edib. Amma bunu təbiətə zərər vurmayıbmış donu geyindirərək həyata keçirib. Fotodan da göründüyü kimi, terasın içərisində ağac hələdə obyektin içərisindədir. Təbiəti qoruyurmuş kimi davranan obyekt əslində ağacı günəş işığından, eləcə də yağış suyundan, həmçinin yarpaqlarının belə quruyub dibinə tökülməsindən məhrum edib.
Görünür, obyekt sahibinin planı, ağacı qorumaq adı altında məkanın daxilində quruduqdan sonra aidiyyəti qurumlar tərəfindən ağacın kəsilməsini təmin etməkdir.
Sakinlər aidiyyəti qurumlardan sahibkarın səki zəbtinin, eləcə də ağaca qarşı planlı davranışının qarşısının alınmasını xahiş edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Mart 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















