Icma.az
close
up
RU
Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri FOTO

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri FOTO

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, mülayim iqlimi, möhtəşəm sahil xətti, qədim abidələri və dünya səviyyəli kurortları ilə tanınan bu şəhər öz gözəlliyi ilə turistləri valeh edir. Lakin Antalyanın daha az tanınan, turizm izdihamından uzaq, sanki cənnəti xatırladan məkanları da var ki, hətta ən təcrübəli turistləri  belə heyrətləndirə və valeh edə bilər. Bu gizli incilər sizə təbiəti, mədəniyyəti və tarixi fərqli və orijinal bir şəkildə yaşamaq imkanı verir, Antalyanın tamam başqa bir üzünü tanımağa şərait yaradır. Antalyanın ən gözəl məkanlarını sizə təqdim edirik:

Ormana kəndi – Milli memarlığın parlaq nümunəsi

Antalyanın incilərindən biri olan Ormana kəndi, Toros dağlarının ətəklərində yerləşən qədim bir “Yörük” (köçəri) məskənidir. UN Turizm Təşkilatının “2024-cü ilin Dünyanın Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən bu kiçik kənd, yaşılın hər çalarına, mavi səmalara və nostalji ab-havaya sahib bir cənnət guşəsidir. Ormana, Türkiyənin orijinal kənd həyatına nadir bir baxış imkanı təqdim edir.

Kənd, yalnız daş və sərv ağacından – heç bir bağlayıcı məhlul istifadə edilmədən – inşa edilən “düymə evləri” ilə tanınır. Osmanlı dövrünə aid olan bu evlər milli memarlığın möhtəşəm nümunələri sayılır və bölgənin əsrlərlə formalaşmış sənətkarlığını, təbiətlə vəhdətdə davam edən davamlı həyat tərzini əks etdirir.

Ormana həm də məhsuldar torpaqları və ənənəvi üsullarla becərilən üzüm bağları ilə məşhurdur. Burada yetişdirilən yerli üzüm sortları özünəməxsus ləzzəti ilə seçilir. Hər il sentyabr ayında isə təxminən 60 ildir davam edən “çavuş” üzüm bayramı keçirilir və bu kəndin zəngin kənd təsərrüfatı irsi təntənə ilə qeyd olunur.

Altınbeşik mağarası: Qeyri-adi geoloji möcüzə

Ürünlü kəndində yerləşən Altınbeşik mağarası, Türkiyənin təbiət inciləri arasında bənzəri olmayan bir möcüzədir, lakin hələ də kütləvi turizmin diqqətindən kənarda qalıb. Toros dağlarının ətəklərindəki Altınbeşik Milli Parkının tərkibində yer alan bu mağara, Türkiyənin ən böyük yeraltı gölünə ev sahibliyi edir. Mağaranın daxilindəki heyrətamiz sarkıt (Mağara damından asılaraq yaranan mineral ütun) və dikitlər (Mağara yerində yaranan mineral sütun), buz kimi görünən traverten qatları bu məkanı sanki başqa bir aləmdən gəlmiş kimi göstərir.

Turistlər mağaranın içində qayıqla tur edərək bu valehedici təbiət möcüzəsini kəşf edə bilər, şəffaf sular, mineral quruluşlar və təbii işıq oyunlarının yaratdığı sehrli mühiti yaxından hiss edə bilərlər. Eyni zamanda mağaranın ətrafında gəzinti edərək 605 bitki növünü – o cümlədən nadir endemik növləri – və zəngin heyvanat aləmini əhatə edən Milli Parkın təbii gözəlliklərini də araşdıra bilərlər.

Kimera: Möhtəşəm təbii hadisə

Yanan qayaların yerləşdiyi Kimera — Türkiyənin ən maraqlı və mistik təbiət hadisələrindən biri — Çıralı yaşayış məntəqəsində yerləşir. Dəniz tısbağaları Caretta carettaların yumurta qoyduğu çimərliyi ilə tanınan bu bölgədə, gözoxşayan təbiət mənzərələri ilə əhatələnmiş 30 dəqiqəlik bir dağ yürüşü ilə Kimera sahəsinə asanlıqla çatmaq mümkündür. Yeraltından çıxan metan qazı atmosferlə təmasda olaraq heç vaxt sönməyən alovlar yaradır.

Bu yanan qayalar Olympos Beydağları Milli Parkının tərkib hissəsidir – Aralıq dənizi gözəlliyinə malik bir bölgədir ki, burada əfsanələr gerçəyə çevrilmiş kimi görünür. Rəvayətə görə, qanadlı at Pega­susun köməyi ilə qəhrəman Bellerofon od püskürən, üç başlı Kimera canavarını məhz burada məğlub edərək onu daşa çevirmişdir. Bu səbəbdən, Kimera alovlarının həmin əjdahanın odunun izləri olduğuna inanılır və ərazi bu əfsanəvi adla adlandırılır.

Xüsusilə gün batımından sonra Kimera qeyri-real bir mənzərə təqdim etsə də, yaxınlıqdakı qədim Olympos şəhəri də az qala nəfəskəsici təsir bağışlayır. E.ə. III əsrə aid olan bu qədim yaşayış yeri məşhur Olympos çimərliyinin yanında yerləşir və Likiya sivilizasiyasının keçmiş həyatına dair heyranedici izlər saxlayır.

Uçansu Şəlaləsi: Aziz Paul Yolu üzərindəki Gizli Cənnət

Belekdən, Antalyanın məşhur lüks golf məkanı, 60 km məsafədə yerləşən Uçansu Şəlaləsi də gizli bir cənnət olaraq tanınır. Toros Dağlarından gələn su, hər biri 25-30 metr hündürlükdən enərək iki ayrı şəlalə ilə yaşıllıqlara axır. Bu şəlalələrə çatmaq üçün təxminən bir saatlıq bir dağ yürüşü tələb olunur. Lakin turistlər, zirvəyə çatdıqda möhtəşəm mənzərələrlə qarşılaşırlar. Burada həmçinin Kiçik Kralın Çəni adı ilə tanınan bir təbii hovuz da mövcuddur.

Uçansu Şəlalələri, Türkiyənin ikinci ən uzun yürüyüş yolu olan Aziz Paul Yolunun bir hissəsidir. Erkən Xristianlığın önəmli misyoneri olan Aziz Paulun izləri ilə gedən bu yol, səyahətçilərə qədim xarabalıqları, ənənəvi kəndləri və toxunulmamış təbii mühitləri kəşf etmə imkanı təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri