Icma.az
close
up
RU
“Təbii” adı ilə satılan məhsullar həqiqətən təbiidirmi? Mütəxəssisdən AÇIQLAMA FOTO

“Təbii” adı ilə satılan məhsullar həqiqətən təbiidirmi? Mütəxəssisdən AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzdə marketlərdə “təbii” adı ilə satılan məhsullar alıcıların daha çox diqqətini çəkir. Qablaşdırmada yazılan “təbii”, “ekoloji təmiz” və ya “100% orqanik” kimi ifadələr isə bəzən sadəcə marketinq üsulu olur. Çünki bir çox hallarda bu məhsulların tərkibində qoruyucu maddələr, süni ətirlər və rəngləndiricilər də ola bilər. Bu isə alıcı üçün çaşdırıcı bir vəziyyət yaradır.

Bəs marketdə aldığımız “təbii” məhsullar doğrudanmı təbiidir? Onların həqiqətən də təbii olduğunu necə müəyyən edə bilərik?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, qida məhsullarında təbii olması çox ümumi anlayışdır və bunu, təbii ki, marketdə satılan bütün qidalara aid etmək olmaz:

“Çünki əgər “təbii” yazılıbsa, amma paketlənmiş məhsuldursa, emal prosesi keçibsə, bu artıq təbiilik dərəcəsini itirib və mütləq tərkibində istifadə olunan maddələrə baxmaq lazımdır. Əgər hər hansı süni, kimyəvi qatqı maddələrindən, E-kodlardan və yaxud da digər rəngləndirici, dadlandırıcı kimi istifadə olunan kimyəvi mənşəli maddələrdən istifadə olunubsa, bu zaman o məhsul təbii hesab olunmaya bilər. Üzərində “təbii” yazılsa belə, deməli, bu məhsul təbiidən uzaqdır. Əgər qoruyucu maddələrdən, konservantlardan istifadə olunubsa, bu da eyni ilə tam təbii məhsul sayılmır. Bir çox məhsullarda istər yerli, istər beynəlxalq olsun onların orqanik və ya təbii olmasını təsdiq edən sertifikatlar var ki, bunlara “ECOCERT”, ABŞ-ın orqanik sertifikatı və yaxud “BIO”-sertifikat kimi nümunələri misal göstərmək olar. Əgər məhsul bu sertifikatlardan birini alıbsa, təbii ki, daha keyfiyyətli və etibarlı hesab olunur.

Bir çox hallarda “təbii” sözü “orqanik”lə qarışdırılır. Çünki bəzən elə düşünülür ki, “orqanik” yazılıbsa, bu da mütləq təbiidir. Ancaq orqanik məhsulların da  meyvə-tərəvəz və bitki mənşəli qidalar daxil olmaqla, müəyyən kimyəvi maddələrdən, gübrələrdən, pestisid və herbisidlərdən istifadə dərəcələri var və bu qaydalara əməl olunmalıdır. Eyni zamanda emal səviyyəsi də nəzərə alınmalıdır.

Mümkün qədər az işlənmiş qidalar daha təbii sayılır. Bu, istənilən paxlalılarda, məsələn, düyü, mərci, bulğur və digər bu kimi məhsullarda özünü göstərir. Daha təbii olanlar qeyri-bərabər görünüşə malik olur. Bəzən olur ki, hamısı eyni standart quruluşa malik məhsullar müəyyən emal prosesindən keçmiş olur. Yaxud rəngi daha cəlbedici görünənlər adətən daha çox emal prosesindən keçmiş məhsullardır. Əksinə, forması və ölçüləri fərqli, rəngi təbiidən daha tünd və ya daha açıq olan meyvə-tərəvəzlər mövsümünə uyğun şəkildə yetişdirilmiş ola bilər. Əgər qoxusu və ətiri təbii və xoşdursa, bu, onun təbii olmasının göstəricisidir.

Doğrudan da, təbii və orqanik məhsullar digər məhsullara nisbətən qiymətdə yuxarı ola bilər. Amma bir çox hallarda yerli, mövsümi məhsullar həm təbii, həm də daha ucuz olur.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, bu məqamları bir-birindən ayırmaq lazımdır və hər hansı qida məhsulu aldıqda istər pərakəndə satış yerlərindən, marketlərdən, istərsə də bazarlardan  mütləq mənşəyi bəlli olan, etibarlı və saxlanma şəraiti düzgün olan yerlərdən almaq tövsiyə olunur:

“Çünki nə qədər keyfiyyətli və təbii olsa da, məhsul doğru temperaturda saxlanmırsa, keyfiyyətini itirə, xarab ola və insan orqanizminə zərər verə bilər. Yaxşı olar ki, “təbii” dediyimiz məhsullar az işlənmiş, kimyəvi qatqılardan az istifadə olunmuş və tərkibi sadə olan qidalar olsun”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri