Icma.az
close
up
RU
Təbii fəlakətə dözüm: amerikalılarla azərbaycanlıların fərqi

Təbii fəlakətə dözüm: amerikalılarla azərbaycanlıların fərqi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Son illərdə iqlim dəyişiklikləri dünyanın müxtəlif bölgələrində təbii fəlakətlərin tezliyini və təsir gücünü artırıb. Bu günlərdə güclü yağışlar ABŞ-da Nyu-York şəhərinin küçələrini sel sularına qərq edib. 1500-ə yaxın yerli sakin işıqsız qalıb, qasırğa nəticəsində iki nəfər ölüb.
Dünyanın əksər yerlərində insanlar bu kimi hallarda daha soyuqqanlı və sistemli yanaşmağa meyillidir.
Azərbaycanda da mövsüm dəyişikliyi zamanı sel, daşqın, subasma halalrı olur. Xarici ölkələrlə müqayisədə ybizim insanlar bəzən daha çox təşvişə düşür və ciddi narahatlıq keçirirlər.

Mövzu ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, bu, insanlarda formalaşan yanlış təsəvvür, eləcə də məlumatsızlıqdan qaynaqlanan məsələdir.

“Nyu-York və ümumilikdə Amerika qitəsi Azərbaycanın yerləşdiyi Asiya qitəsindən həm iqliminə, həm də coğrafi mövqeyinə görə fərqlənir. Amerika Birləşmiş Ştatlarının yerləşdiyi Şimali Amerika qitəsinin şərq sahilləri, yəni Atlantik okeanı sahili - müxtəlif fərqli hava cərəyanlarının təsiri altındadır. Buna görə də Nyu-Yorkda, eləcə də ABŞ-ın şərq sahilində yerləşən digər ərazilərdə güclü yağışlar, tufanlar və qasırğalar tez-tez baş verir. Dünyada məşhur olan “Cindy”, “Katrina”, “İsabella” kimi qasırğalar da məhz bu bölgələrdə müşahidə olunub”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda da bəzi hallarda aylıq və ya sutkalıq yağıntı norması aşılır, nəticədə intensiv yağışlar müşahidə olunur. Bu zaman tunelləri və yolları su basır, nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranır. A.Məmmədovun sözlərinə görə, əksər azərbaycanlılar hadisələrə soyuqqanlı yanaşma sərgiləmir, hər şeyin bir anda həllini tələb edirlər ki, bu da yanlış mövqedir. 
"Belə hallarda müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülür. Təəssüf ki, insanlar səbr, təmkin nümayiş etdirmirlər”.

A.Məmmədov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusən də Bakıya xas olan güclü küləklərlə bağlı tez-tez xəbərdarlıqlar da edir. Məhz belə xəbərdarlıqlar vətəndaşlara qabaqcadan tədbir görmələri üçün siqnaldır, amma bir çox hallarda buna məhəl qoyulmur, laqeyd yanaşılır:

“Sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıqlar vasitəsilə insanlara ehtiyatlı davranmaq tövsiyə olunur. Dənizdə neft platformalarında və açıq havada tikinti işləri aparan şirkətlər də bu xəbərdarlıqları nəzərə alaraq işləri müvəqqəti dayandırır. Güclü külək zamanı fəhlələrin açıq havada işləməsinə icazə verilmir.

İqlimlə bağlı proqnozlar əsasən Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Departamenti tərəfindən hazırlanır və ictimaiyyətə təqdim olunur. Hava şəraitində gözlənilən dəyişikliklərlə bağlı məlumatlar əvvəlcədən KİV vasitəsilə paylaşılır”.

İctimai Şura sədri bildirib ki, son vaxtlar ölkəmizdə mövsüm dəyişikliyi olsa da, sevindirici haldır ki, insan tələfatı və ciddi fəsadlar bizim ölkəmizdə qeydə alınmır:

“Bu istiqamətdə bütün proseslər isə aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır. Bununla yanaşı, ictimaiyyətdə məlumatlanma səviyyəsi bəzən aşağı olur və bu da yanlış məlumatlara əhalinin inanmasına, eləcə də onların təşvişinə gətirib çıxarır. Ona görə də vətəndaşlar hər zaman yalnız rəsmi qurumların açıqlamalarına əsaslanmalıdırlar”,- deyə  A.Məmmədov deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri