Icma.az
close
up
RU
Təbii loğman, çox dərdə dərman

Təbii loğman, çox dərdə dərman

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Arıçı fermer Hikmət Əliyevlə bal kimi söhbət

Ana təbiətin insanlara bəxş etdiyi əvəzsiz nemət olan balın hikməti haqqında çox yazılıb. Bal həqiqətən möcüzə – min bir dərdin dərmanıdır.

Ancaq biz bu yazıda təkcə balın hikmətindən yox, həm də Hikmətin balından söhbət açmaq istəyirik. Söhbət yaşadığı Biləsuvar rayonunun Amankənd kəndində deyil, bütün bölgədə məşhur arıçı kimi tanınan fermer Hikmət Əliyevdən gedir.

Yaşadığı kənddəki həyətyanı sahədə halal zəhməti ilə möcüzə yaradan bu ailənin işgüzarlığına, zəhmətsevərliyinə qibtə etməmək olmur. Ailə başçısı Hikmət söhbət zamanı bildirir ki, arıçılıqla məşğul olmağa başladığı vaxtdan 25 il ötür. Sübhün gözü açılandan gün batana kimi ailənin bütün üzvləri onlara firavan həyat, gün-güzəran və dolanışıq qazandıran arı ailələrinə qulluq edir, necə deyərlər, onların nazı ilə oynayırlar. Çəkdikləri zəhmət isə öz bəhrəsini verir.

Muğan düzündə əhali əsasən əkin-biçin, heyvandarlıqla məşğul olur. “Bəs siz necə oldu ki, arıçılıq peşəsini seçdiniz” sualına cavabında Hikmət deyir:

- Məndə bu marağı dünyasını dəyişmiş anam yaradıb. O vaxt cəmi üç-dörd pətək arımız var idi. Anam boş vaxtlarını bağçamızda, arı pətəklərinin yanında keçirirdi. Mən də hərdən gedib tamaşa edirdim. Bir dəfə anam gözləmədiyim halda “görürəm çox marağın var. Bəlkə bir arı ailəsi verim, özün məşğul olasan, – dedi. İnanın ki, sevincimdən qanadım olsaydı uçardım...

O gündən arıçı oldum, – deyə Hikmət gülümsəyir. Anamın bu xeyirxahlığı gələcək həyat yolumu müəyyənləşdirdi, – deyə söhbətinə davam edir. Xeyirxah insanlar hər zaman olub, bu gün də var. İndi mən özüm də bu işə marağı olanlara köməyimi əsirgəmirəm.

Hikmətgilin bağçasındayam. Bağça müxtəlif meyvə ağacları, gül-çiçək kolları ilə doludur. Arıların “öz işlərini” görmələri üçün gözəl şərait var. Yaz-yay fəslində əsl cənnət olur. Səliqə ilə düzülmüş arı pətəkləri göz oxşayır. Hikmət sayı 120-ni keçmiş bu pətəklərin hər birində nə qədər arı olduğunu bilir. Arılar da sanki bu zəhmətkeş insanın gündəlik hərarətini duyurlar.

- Çox maraqlı işdir. Ayrılmaq olmur. Mən də, ailə üzvlərimiz də bu işə çoxdan alışıb. Ailə üzvlərimdən müxtəlif peşənin sahibləri olanlar var. Amma hər birinin ikinci peşəsi arıçılıqdır. Oğlum Xilqətin ilk illərdə on pətək arı ailəsi vardı. Hazırda sayı otuzu keçir.

- İndi saxta balçılar da peyda olub. Ancaq əsl təbii, ətirli, gül-çiçəkdən çəkilmiş bal gözəl nemətdir, – deyə oğul Xilqət söhbətə qoşulur:

- Düzü hərdən mənə elə gəlir ki, bu işlə məşğul olmasaydıq, həyatımızda nə isə bir boşluq yaranardı. Çoxlarına bəlkə də asan görünən arıçılığın da öz çətinlikləri var. Bu işlə ötəri məşğul olmaq nəticə vermir. Süfrələrimizin bəzəyi olan əsl bal yemək istəyirsənsə, gərək özünü bu işə həsr edəsən.

Əliyevlər ailəsi kənddə ziyalı ailəsi kimi tanınır. 8 nəfərlik bu ailənin hər biri bu işdən zövq alır. Axı, ağız dadını dəyişmək istəyənlər, müalicə adı ilə təmiz bal axtaranlar tez-tez bu qapıya üz tutur və razı halda geri dönürlər.

Peşəkar arıçılar, bu sahəyə bələd olanlar yaxşı bilirlər. Pətəkləri açıb aylarla damla-damla toplanmış məhsulu təkcə götürməklə iş bitmir. Təbii ki, söhbət üç-beş kiloqramlıq məhsuldan getmir. Hikmət də şəxsi həyətində əsl emalatxana yaradıb. Hazır məhsul burada bir neçə prosesdən keçir. Əvvəlcə toplanmış balı süzən aqreqat işə düşür. Sonra isə balı və mumunu bir-birindən ayıran aqreqat davam etdirir. Digər aqreqatda ayrılmış mum əridilib sıxılır, təmizi əldə olunur. Bütün bu işləri Hikmət övladlarının köməyi ilə həyata keçirir. Özü də bu işdən zövq ala-ala.

Arıçı fermer Hikmət daha sonra deyir ki, təsərrüfatı ilbəil genişlənir. Fəsildən asılı olaraq pətəkləri gəzdirir, daha əlverişli yerlərə qoyur. Bu məqsədlə qonşu rayonların ərazilərində əlverişli sahələr seçilir. Torpaqlarımız işğaldan azad olunandan sonra bəhrəli Qarabağ torpaqlarına da üz tutub. Hazırda Xocavənd rayonunun ərazisində də arı pətəkləri var. Oraların gözəl təbiəti arıçılıq üçün çox əlverişlidir.

Peşəkar arıçı, fermer kimi tanınan Hikmət bizə indiyədək iştirak etdiyi yarmarkalardan yadigar olan fotoşəkilləri, layiq görüldüyü fəxri fərmanları, sertifikatları göstərir. Onların isə sayı bir deyil, iki deyil – yüzlərlədir. Hikmət hətta Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə keçirilən beynəlxalq yarmarkalarda öz məhsulları ilə iştirak edib. O, bu yarmarkalardan xüsusi sertifikatlarla qayıdıb. IX Azərbaycan Arıçılıq Beynəlxalq Konfransının iştirakçısı olmuş Hikmət Əliyev “Arıçılığın çinarı” adlı mükafata layiq görülüb. 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Bacarıqlı fermer Hikmət Əliyev Azərbaycan Arıçılar Assosiasiyasının Biləsuvar şöbəsinə rəhbərlik edir. Rayon şöbəsi ətrafında birləşmiş yüzlərlə həvəskar arıçılıqla həvəslə məşğul olurlar.

Hikmətlə görüşümüz onun fermer kimi, İDEA İctimai Birliyinin təşəbbüsü ilə Kəlbəcərdə keçirilən bal Festivalından yenicə qayıtdığı ərəfəyə düşmüşdü. Çox məmnun idi: “Belə tədbirlər biz fermerlərə böyük dəstəkdir, bir-birimizdən çox şey öyrənirik...”

Bu zəhmətkeş ailə üzvlərinin hər biri ilə bal kimi şirin söhbətdən ayrılmaq olmur. Ancaq hərənin öz işi, öz qayğıları var. Əsl halal zəhməti özlərinə həyat yolu seçmiş bu ziyalı ailədən, bal qoxuyan həyət-bacadan minnətdarlıq hissi ilə ayrılırıq...

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri