Lufthansa iyunun 1 dən İsrailə uçuşları bərpa etməyə hazırlaşır
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın "Lufthansa" aviaşirkəti iyunun 1-dən Təl-Əvivdəki Ben-Qurion hava limanına və əks istiqamətə uçuşları tədricən bərpa etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
"Bu qərar hərtərəfli təhlükəsizlik qiymətləndirməsindən sonra qəbul edilib", - "Lufthansa"nın məlumatında deyilir.
Şirkətin bəyanatı Avropa Uçuş Təhlükəsizliyi Agentliyinin İsrail və regionun digər hissələrinin hava məkanından istifadə olunmaması ilə bağlı tövsiyəsini yumşaltmasından bir gün sonra səsləndirilib.
Məlumata görə, ilkin olaraq iyunun 1-dən "Austrian Airlines" və "Lufthansa Cargo" Təl-Əvivə və əks istiqamətə reysləri bərpa edəcək.
"SWISS", "ITA Airways" və "Lufthansa" aviaşirkətləri iyulun 1-dən uçuşları bərpa etməyi planlaşdırır, "Eurowings"in isə iyulun ortalarına qədər Təl-Əvivə qayıdacağı gözlənilir.
"Brussels Airlines" aviaşirkəti Təl-Əvivə reysləri oktyabrın 24-dək bərpa etməyəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 May 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















