Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi Əlihan adına 51 gündür ki, sənəd vermir
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları türk-ərəbcə “Əlihan” adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir və körpəni 51 gündür doğum haqqında şəhadətnaməsiz saxlayırlar.
Gunaz.tv
Bu haqda uşağın atası Balamın Adı kampaniyasına danışıb.
"Uşağımız 7 iyun 2025-ci ildə dünyaya gəlib və biz ona Əlihan adını seçmişik, ancaq Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları bizə bu ada oğum haqqında şəhadətnamə verə bilməyəclərini bildiriblər. Daha sonra onlar bizə bu məsələlərə Tehranın qərar verdiyini, şikayətimizi ora yönləndirməli olduğumuzu dedilər. Artıq 51 gündür ki, övladımız vəsiqəsiz qalıb və biz sığorta xidmətlərindən istifadə edə bilmirik." - deyə o bildirib.
Qeyd edək ki, 2021-ci ildə Əlihan adı Şərqi Azərbaycan əyalətindəki beş ən çox qoyulan addan biri olub. İndi isə bu adın qoyulmasına süni maneələr törədilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















