Icma.az
close
up
RU
Təbrizdə Azərbaycan bayrağı İran bayrağından daha çox SEVİLİR

Təbrizdə Azərbaycan bayrağı İran bayrağından daha çox SEVİLİR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfər təkcə işğal altındakı torpaqlarımızın azad olunması deyil, eyni zamanda bütün dünya azərbaycanlıları üçün milli qürurun və birliyin dirçəlişi oldu.

Xalqımızın bu tarixi anlarda yumruq kimi birləşdiyinin şahidi olduq və bu birlik yalnız ölkə daxilində deyil, Güney Azərbaycanda da özünü göstərdi.

İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycan bayrağına göstərdiyi sevgi və sədaqət heç kimə sirr deyil. Onlar üçün üçrəngli bayraq sadəcə bir simvol deyil, azadlıq, milli kimlik və gələcəyə olan inamın təcəssümüdür. Bu sevginin əsas səbəblərindən biri Azərbaycanın güclənən siyasi, iqtisadi və hərbi mövqeyidir. Qarabağdakı qələbə güneyli qardaşlarımıza göstərdi ki, güclü dövlət, milli birlik və qətiyyət öz tarixi haqlarını bərpa edə bilər.

Digər tərəfdən, İran hakimiyyətinin illərlə apardığı assimilyasiya siyasətinə baxmayaraq, güneyli azərbaycanlılar milli kimliklərini qorumağa davam edirlər. Onlar indi daha açıq şəkildə Azərbaycan dilini, mədəniyyətini və tarixini sahiblənir, dövlət bayrağımızı qürurla dalğalandırırlar. Bu, təkcə bir sevgi ifadəsi deyil, həm də mövcud rejimə bir mesajdır: "Biz varıq, biz burdayıq və biz Azərbaycanlıyıq!"

Reallıq budur ki, bu gün Təbrizdə Azərbaycan bayrağına İran bayrağından daha çox hörmət və ehtiram bəslənir. Bayrağımıza olan bu ehtiramı, onların milli şüurunun daha da güclənməsi və bir millət olaraq öz gələcəklərini böyük Azərbaycan idealında görməsi deməkdir. Bu dalğa hər keçən gün böyüyür və İranda yaşayan milyonlarla soydaşımız üçün yeni bir dövrün başlanğıcını müjdələyir. Tarixin gedişatını dəyişən millətlərin önündə bayraq həmişə bir yol göstərici olmuşdur – və bu gün Azərbaycan bayrağı Güney Azərbaycan türkləri üçün azadlıq və kimlik simvoluna çevrilib.

Güney Azərbaycan İcmasının rəhbəri Sayman Aruz Modern.az-a bildirib ki, Azərbaycan bayrağına olan sevgi Azərbaycan milli kimliyinin oyanışının məhsuludur. Bu da təbii ki, Azərbaycan bayrağı altında döyüşən, qələbələr çalan və 200 ildən sonra işğaldan azad edilən vahid dövlətin bayrağının öz soydaşları arasında yaratdığı inam, etibarın məhsuludur:

“Biz bu hadisəni təsadüfi hesab etməməliyik. Bu böyük, uzunmüddətli zəhmətin nəticəsidir. Soydaşlarımız üçrəngli Azərbaycan bayrağına etibar edir və artıq inanır ki, bu bayraq altında həm milli kimliyini qoruya, tarixi torpaqlarını işğaldan azad edə, həm də ana dilini bərpa edib, qoruyacaqlar. Ona görə də Azərbaycan bayrağı Cənubi Azərbaycanda soydaşlarımızın əvəzolunmaz bayrağıdır. Üçrəngli Azərbaycan bayrağını güneyli həmvətənlilərimiz öz bayraqları kimi tanıyır, sevir və qoruyur. Mənim Cənubi Azərbaycanda tanıdığım bütün azərbaycanlıların evində bu bayraq var”. 

Əslən Güney Azərbaycandan olan Araz Elsəs isə vurğulayır ki, bu sevgi İran dövlətinin, hakimiyyətinin həm beynəlxalq aləmdə, həm də daxildə getdikcə əhəmiyyətinin azalması, dəyərinin qalmaması, bunun paralelində Azərbaycan dövlətinin günü-gündən güclənməsi, Qarabağ torpaqlarının işğaldan azad edilməsi, Azərbaycan bayrağının daha yüksəklərdə dalğalanması ilə bağlıdır. Hadisələr istər-istəməz Güneydə yaşayan həmyerlilərimizə böyük qürur qaynağına çevrilir. Oradakı insanlar bunları görüb özə - əsl Azərbaycanlı kimliklərinə qayıdırlar. Bu əvvəl də var idi, amma günü-gündən daha da çoxalıdı. Çox yaxın gələcəkdə inanıram ki güneylilər bu sevgini daha qabarıq şəkildə göstərəcək. Bu gün meydanlarda, küçələrdə bayrağımızı görürük, yaxın gələcəkdə isə inanıram ki, millətimiz göstərəcək ki, onun başının üstündə hansı bayraq dalğalanmalıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri