Icma.az
close
up
RU
Sonbeşikdən çox sevilir ilk beşiyə qoyulan…

Sonbeşikdən çox sevilir ilk beşiyə qoyulan…

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətanət Məmmədova

Torpaq anamın ilkidir. Gözünün ilk ovudur. Mənim, sənin, onun böyük bacı-qardaşıdır. Anam onu hamımızdan çox sevir, əzizləyir. Görəsən nə üçün? Axı ana övladları arasında ayrı-seçkilik qoymamalıdır. Elə buna qısqanclıq edib ağlayıb-sızlayanda anam bizlərə deyir:- beş barmağım var, gəl hər birini kəs, gör hansından qan çıxmayacaq? Hələ üstəlik bunu da deyir ki, özün ana olanda görəcəksən ki, övladlar arasında ayrı-seçkilik qoymaq olmur.

Bəs görəsən nə üçün hər dəfə anamın Torpağı bizdən artıq sevdiyini hiss edirəm. Axı bunu hiss etmək o qədər də çətin deyil. Nə olsun ki, anam bunu etiraf etmir. Mən adım kimi əminəm bu məhəbbətə. Axı hər şey göz qabağındadır. Hər dəfə bir işi görəndə də öz-özünə Torpağı züm-zümə edir anam: “-Canım torpağım, gözüm torpağım, sənsiz elim-günüm olmaz, sənsiz ömrüm-günüm olmaz. Sənsiz Vətənim olmaz, qərib olaram, qan ağlaram, xiffət edərəm, vərəmlərəm. Qara gözlüm, şirin sözlüm...”

Bunları kim öz qulağıyla eşitsə, anamın hamımızdan çox Torpağı sevdiyini zənn etməz? Kədərlənəndə də Torpaq deyib, durur, şirin-şirin acı bayatılar söyləyir. Qəribədir, anasını itirəndə də Torpağı əzizləyirdi; “-Ay qara gözlum, ay sinəsi sərin, ay ulu babalarımın qonaqçısı, ay evi gen, indi də anamımı qonaq apardın?”

Anamın dodaqaltı belə söyləmələrinin dəfələrlə şahidi oluram. Gözlərinin düz içinə baxıram, sanki hər dəfəki sualıma yenə də cavab axtarırmış kimi: “-Bəs deyirdin, Torpaqla sizin aranızda ayrı-seçkilik qoymuram?”. Anam bu sualı gözlərimdən oxuyurmuş kimi gözəl gözlərinin nəzərlərini gözlərimizən yayındırır. Yox, anamda bir sirr var. Bu sirr məni için-için yeyir. Bu nə sevdadır, bu nə məhəbbətdir Torpağa qarşı.

Yenə də hər birimiz qısqanclıq içərisindəyik. Torpaq yanımızda olmayanda bu mövzunu bacılarımla-qardaşlarımla çox müzakirə edirik:-Axı anamın Torpağa qarşı bu qədər sevgisi nə deməkdir. Böyük bacım deyir, mən haradasa oxumuşam ki, bir-birini sevən iki gəncin ilk övladı onların sevgilərinin simvoludur, bəlkə buna görədir? Böyük qardaşım deyir, mən eşitmişəm ki, qadını ana edən ilk uşaq həmişə sevimli olur. O biri bacım deyir ki, mən də eşitmişəm ki, uşaq ana-ata arasında körpüdür, bəlkə anam atamla arasındakı körpünü tək Torpaqla görür. Balaca bacım deyir ki, mən sizlərin fikri ilə razı deyiləm, mən sonbeşiyəm, anam məni hamıdan çox sevir. Onun sözünə heç birimiz əhəmiyyət vermirik, könlünü də qırmırıq. O, hələ elə düşünür, amma biz hamımız bu fikirdəyik ki, anamız Torpağı hamımızdan çox sevir.

İllər ötür, böyüyürük. Elə həmin qısqanclıqla, elə həmin tərəddüdlərlə yaşa doluruq. Ana oluruq. Bəli, dərk edirik ki, insan övladları arasında fərq qoya bilməz. Bir iş görəndə biz də züm-zümə edirik, eynilə anamız kimi. Bir sıxıntımız olanda biz də laylalar deyirik, eynilə anamız kimi. Bizim də övladlarımız ilkimizi qısqanır, eynilə biz Torpağı qısqandığımız kimi.

İndi mən anlayıram mənim, sənin, onun qısqanclığının səbəbini. İndi mən anlayıram mənim, sənin, onun anasının Torpaq sevdasını, torpaq sevgisini, torpaq məhəbbətini. Axı mən də anayam. Mənim də ilkim Torpaqdır. Bəli, böyük bacımın dediyi kimi, ilkim mənim məhəbbətimin simvoludur. Böyük qardaşım düz bilirmiş, ailənin ilki ata-ana arasında körpüdür. Tək balaca bacımın söylədiyi fikirlə yenə də razılaşmıram. Çünki sonbeşikdən çox sevilir ilk beşiyə qoyulan. O, da Torpaqdır. Mənim, sənin, onun ilki. İlkimizsiz bir heçik. Elimiz-günümüzdür ilkimiz.

Xoşbəxtliyimiz, xoş günümüzdür ilkimiz. Ata-babalarımıza qoynunda yer verib, onları qoruyan dünənimizdir. Bizi Vətənli-dili uzun, sözü kəsərli edən bu günümüzdür ilkimiz. Qoynunda daimi bir mənzil tikib uyuyacağımız sabahımızdır ilkimiz. Zaman-zaman hər bir ananın övladı qısqanacaq anasının ilkini. O vaxta qədər ki, özü ana olub, ilkini-Torağını dünyaya gətirə. Beləliklə, sonsuzluqlara uzanan bir sevda yaranır-Torpaq sevdası. Bitib-tükənməyən bir sevda.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri