Təbrizdə məktəblər BAĞLANDI
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin əsas yolu sayılan Vəli-əsr prospektində yerləşən dövlət məktəbləri bağlanıb.
Modern.az-ın məlumatına görə, şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) vəziyyətə tam nəzarət edir.
Məlumata əsasən, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib.
Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda sosial-iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları başlayıb və iki həftədən çox davam edib. Hakimiyyət bu yürüşləri güc strukturları vasitəsilə yatırıb. Aksiya nəticəsində xeyli ölən, yaralanan və həbs edilən etirazçı var. ("Report")
Baxış sayı:75
Bu xəbər 22 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















