Icma.az
close
up
RU
Təbrizdə unudulmaz tarzən, professor Ramiz Quliyevin xatirə axşamı keçirilib VİDEO FOTO

Təbrizdə unudulmaz tarzən, professor Ramiz Quliyevin xatirə axşamı keçirilib VİDEO FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təbrizdə "Anim Marasimi" adlı möhtəşəm xatirə tədbiri keçirilərək unudulmaz dahi tarzən, professor Ramiz Quliyevin zəngin musiqi irsinə və sənət yoluna həsr olunub, - bunu Ustadın oğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının dosenti, dirijor Eyyub Quliyev bildirib.

Tədbirin təşkilində məqsəd böyük sənətkarın ömür yolunu, Azərbaycan musiqisinə verdiyi misilsiz töhfələri yada salmaq və tar sənətinin inkişafında oynadığı mühüm rolu bir daha ictimaiyyətə çatdırmaq olub.

Tədbirdə qeyd olunub ki, Ramiz Quliyev yalnız virtuoz tarzən deyil, Azərbaycan musiqisini Avropa, Amerika və Asiyanın bir çox ölkələrində tanıdan və təbliğ edən seçkin sənətkarlardandır. Qarabağın ağır və sınaqlı illərində sənətə gəlməsinə baxmayaraq, maestro çətinliklərə boyun əyməmiş, tar və muğam sənətinə sədaqətlə bağlı qalaraq böyük zirvələr fəth etmişdir.

O, xarici bəstəkarların əsərlərinə özünəməxsus nəfəs gətirməsi, bənzərsiz ifa tərzi və yüksək peşəkarlığı ilə dünya musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Tədbirdə vurğulanıb ki, böyük şair Məhəmmədhüseyn Şəhriyar maestroya 1987-ci ildə məktub yazaraq onun ifasına olan heyranlığını ifadə etmiş və iki sənətkar arasında məktublaşmalar uzun müddət davam etmişdir.

Xatirə axşamında çıxış edən ustad tarzənlər Behrad Bünyadi və Sonar Nəcəri bildiriblər ki, onların sənət yolunu seçməsində məhz Ramiz Quliyevin ifalarının böyük rolu olub. Hazırda fəaliyyət göstərən bir çox tarzən, istər maestro¬nun birbaşa tələbəsi olsun, istərsə də olmasın, onun ifa məktəbindən müəyyən şəkildə bəhrələnmişdir.

Ramiz Quliyevin Tehranda, Təbrizdə, Ərdəbildə və Zəncanda keçirdiyi konsert və master-klaslar hər zaman geniş maraq doğurub və musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatirə gecəsində sənət və elm nümayəndələri çıxış ediblər:

• Cəlal Şəmsuzan - tədbirin məsul rəhbəri və təşkilatçısı
• Həmidə Rəncbər - qiraətçi, ədəbiyyatşünas
• Rza Həmrəz - tarixçi, folklorşünas, iclasın katibi
• Elham Qüreyşi - qiraətçi, dublajçı
• Yusif Əbdüləzimzadə - qarmon ifaçısı, folklorşünas, məruzəçi
• Tar ifaçıları: Sonar Nəcəri, Behrad Bünyadi, Rza Hüseyni
• Qanun ifaçısı: Paniz Sətari

Tədbirin mətninin latın qrafikalı Azərbaycan dilinə hazırlanması və digər təşkilati işlərdə Əraz Məhəmmədnejadın dəstəyi xüsusi qeyd olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri