Icma.az
close
up
RU
Təbrizdən etiraz: Sayman Aruz, bu, xəyanətdir!

Təbrizdən etiraz: Sayman Aruz, bu, xəyanətdir!

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ədəbiyyat millətlərin inkişaf səbəbidir. O səbəb ki, əsrlərin sınağından keçərək xalqın ruhunu, dərdini, sevincini və ümidini sözə çevirir. Güney Azərbaycan isə bu baxımdan xüsusi bir yerə malik olubdur. Çünki buradakı qələmə alınan yazılar təkcə ədəbi-bədii mətn deyil, milli kimliyin, azadlığın harmoniyalı mahnısına prelüddür.

Belə bir mühitdə isə sözsüz ki, Məhəmmədrza Ləvayinin müasir Azərbaycan ədəbiyyatında imzası zirvədə dayananlardan biridir. Hal-hazırda Çikaqoda sürgün həyatı keçirsə də, Azərbaycan ədəbiyyatında böyük rolu olmuş bu şair sözün, şeirin və ədəbiyyatın gücünü coğrafiyanın sərhədlərindən üstün tutan nadir sənətkarlardan biridir. Onun ürəyi həmişə Təbriz üçün döyünür. Lakin təəssüf ki, bu cür böyük adların ətrafında bəzən kölgəli oyunlar da oynanır.

Azərbaycan Yazıçılar Birliyinin "Güney Azərbaycan ədəbiyyatı şöbəsi"nin müdiri kimi tanınan Sayman Aruz Məhəmmədrza Ləvayinin "Sənə vətən olaram" adlı şeir kitabını Bakı şəhərində nəşr etdiyini iddia edir. Onun sözlərinə və mediada paylaşdığı mətnə əsasən guya bu kitab "Güney Azərbaycan ədəbiyyatı komissiyası"nın dəstəyi ilə çap olunub və 300 nüsxə tirajla işıq üzü görübdür. Ancaq kitabın üz qabığında olan faktlar tam başqa mənzərəni göstərir:

1. ISBN mövcud deyil.

2. Azərbaycan Yazıçılar Birliyinə müraciətdə belə bir kitabın çapından heç kimin xəbəri olmadığı ortaya çıxır.

3. Real olaraq fotoda cəmi 5-6 nüsxə görünür.

Əgər bu kitab doğrudan çap olunubdursa, niyə 300 tirajda çap olunan bu kitabdan bircə nüsxə belə kitabxanaların rəfində yoxdur? Niyə heç bir nəşriyyatın adı, yaxud loqosu kitabın üz qabığında müşahidə olunmur? Bu kitab böyük tirajla çap olunubsa, niyə kitab üçün təqdimat qurulmur? Niyə komissiyaya ayrılan büdcə ilə şairin özünü Bakıya dəvət etmirsiniz? Sayman bəyin Feysbuk səhifəsində paylaşdığı həmin kitab xəbəri statusunun altında “Bu kitabı hardan ala bilərəm?” deyə hörmətlə şərh bölməsinə yazmışam, niyə o, mənim şərhimi silib? Nəyin aşkar olunacağından qorxursunuz, Sayman bəy? Onsuz da çox şeylər aşkardır. Mən sizin gördüklərinizə rəğmən danışa bilməyənlərin dilindən yazıram!

Əlbəttə ki, bir kitabın tirajı kağızın ölçüsü ilə deyil, etibarı ilədir. Əgər həmin etibar zədələnirsə, bütöv bir ədəbi mühit, Güney Azərbaycanda bu xəbərin doğru olmadığını bilməyən, eşidib şad olan ədəbiyyat həvəskarları zərər görür. Ədəbiyyat oxucu ilə tamamlanır; oxucudan gizlədilən, sonra rəqəmlərlə təqdim edilən kitab isə əslində kitab deyil, yalnız bir qondarma hərəkətdir.

Tarixə müraciətdə görürük ki, bəli, az tirajla kitablar da çap olunubdur. Məsəl üçün amerikalı Edqar Allan Ponun “Tamerlan və digər şeirlər” (“Tamerlane and Other Poems”) əsəri 1827-ci ildə cəmi 12 nüsxə ilə çap edilmişdi. Yaxud İngiltərəli Uilyam Bleykin “Poetik eskizlər” (“Poetical sketches”) kitabı cəmi 40 nüsxədə mövcud idi. Amma bütün bu hallarda əsərlər gerçəkdən çap olunmuşdu, sadəcə, məhdud tirajla oxucuya çatmışdı. Bugünkü hadisənin fərqi ondadır ki, buradakı kitabın özü də müəmmalıdır. Çünki oxucuya açıq yolu yoxdur. Bu kitabı oxucu haradan əldə etməlidir?

Biz, 2024-cü ildə Bakı şəhərində Güney azərbaycanlıların Qarabağa yazdığı “Öncə vətən” adlı şeirlər və hekayələr antologiyasını Nərgiz İsmayılova ilə bərabər “Yarasa” nəşriyyatı tərəfindən çapa hazırladıq. Bu iş yalnız ədəbi bir təşəbbüs deyil, həm də bir xalqın məftillərin ucbatından ayrı düşməyinə baxmayaraq, öz soydaşlarının qələbəsinin naminə atılmış bir addım idi. Lakin həmin prosesin ardınca Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri Sayman Aruz mənimlə əlaqə saxladı və ondan icazəsiz niyə kitabı çap etməyimizə şikayət etdi.

Sayman bəy, əgər sizin məqsədiniz kitabların çapına nəzarət etmək idisə, İran İslam Mədəniyyət Nazirliyində də oturub, həmin senzura və qadağa qoymaq işlərini İranda həyata keçirə bilərdiniz! Niyə bu işlərinizi Bakıya aparırdınız?

Bu sferada, heç bir Güney azərbaycanlı sizin öhdəliyinizdə olan vəzifənin əməlini görməyibdir. Sayman bəy, unutmayın ki, siz bu kitabın qondarma çapı və onun təqdimatı ilə bağlı tam cavabdehlik daşıyırsınız. Siz həmçinin şöbəyə ayrılan büdcənin harada və necə xərcləndiyi mövzusunda ictimaiyyət qarşısında cavabdehsiniz!

Ədəbiyyat yalanın yükünü daşımır. Əgər bir kitab üzərinə saxta tiraj möhürü vurulursa, bu təkcə bir şairə deyil, bütün ədəbi mühitə xəyanətdir və bunu edən xəyanətkardır...

Əli Çağla, şair

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:372
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Noyabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri