Icma.az
close
up
RU
Təbrizə vurulan kirli qənd damğası

Təbrizə vurulan kirli qənd damğası

Icma.az bildirir, Modern.az portalına istinadən.

Yazıçı Aqşin Yeniseyin Səfəvilərlə bağlı yazısını oxudum. Tarixə fərqli baxışlar ola bilər. Səfəviləri tənqid etmək də, onların irsini fərqli prizmadan qiymətləndirmək də müəllifin haqqıdır. Lakin yazıda işlədilən bir ifadə məni ciddi narahat etdi.

Müəllif yazır ki, guya yazıçı dostlarından biri Təbrizə səfər etdikdən sonra belə deyib: "Mən Təbrizdə kirli olmayan bircə qənd tapa bilmədim." Daha sonra isə bu müşahidəni şəhərin guya köhnəpərəstliyinin, yeniliyə biganəliyinin rəmzi kimi təqdim edir.

Bu ifadə mənə görə nə obyektivdir, nə də etik.

Mən dəfələrlə Təbrizdə olmuşam. Demək olar ki, bir neçə aydan bir bu şəhərə səfər etmişəm. Gördüyüm Təbriz isə tamam başqa idi. Küçələri təmiz, yolları hər səhər yuyulan, insanların davranışı mədəni, restoranları, çay evləri və digər iaşə obyektləri yüksək təmizlik mədəniyyətinə malik olan bir şəhər gördüm. Təbriz yalnız tarixi ilə deyil, həm də insanlarının qonaqpərvərliyi, mədəniyyəti və şəhər nizamı ilə seçilir.

Ədəbiyyatda metafora güclü ifadə vasitəsidir. Amma metafora həqiqəti əvəz etməməlidir. Bir şəhəri "kirli qənd" obrazı ilə xarakterizə etmək, sonra da bunu həmin şəhərin düşüncə tərzinə aid etmək bütöv bir şəhər və onun insanları haqqında əsassız ümumiləşdirmədir.

Təbriz Azərbaycan tarixinin, dilinin və mədəniyyətinin ən mühüm mərkəzlərindən biridir. Bu şəhər əsrlər boyu şairlər, alimlər, sənətkarlar və dövlət xadimləri yetişdirib. Belə bir şəhərin adını mənfi metaforalarla assosiasiya etdirmək nə tarixi həqiqətə, nə də ədəbi etikaya xidmət edir.

Səfəviləri tənqid etmək olar. Tarixi hadisələri fərqli prizmadan qiymətləndirmək də olar. Ancaq bu polemika Təbrizi və təbrizliləri hədəfə çevirməməlidir. Çünki şəhərlər ideologiya deyil, canlı tarixdir. Onların dəyərini bir cümləlik metafora ilə ölçmək mümkün deyil.

Fikir azadlığı böyük dəyərdir. Amma fikir azadlığı ilə söz məsuliyyəti yanaşı addımlamalıdır. Yazıçının sözü oxucunun düşüncəsinə təsir edir. Buna görə də xüsusilə tarixi şəhərlər və onların insanları haqqında işlədilən ifadələr həm faktlara, həm də ədəbiyyatın etik ölçülərinə söykənməlidir.

Təbriz "kirli qənd" damğası ilə deyil, zəngin tarixi, yüksək mədəniyyəti və qonaqpərvər insanları ilə tanınan bir şəhərdir. Ona vurmaq istənilən bu damğa isə həqiqəti deyil, müəllifin subyektiv yanaşmasını əks etdirir.
Təbriz buna layiq deyil...

Tağı Türk

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Avqust 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri