TƏCİLİ! Ermənistan artilleriyası sərhədə doğru irəliləyir Göyçə gölü ətrafında hərbi fəallıq artır KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ermənistan Silahlı Qüvvələrinin iri artilleriya bölmələri, o cümlədən yedəkli və özüyeriyən haubitsalar son günlərdə Göyçə gölü ətrafında Azərbaycanla şərti sərhəd istiqamətində irəliləyib.
KONKRET.az xəbər verir ki, bu hərəkətlər Ermənistan ordusunun bölgədə hərbi fəallığını artırdığını və ehtimal olunan təxribatlara hazırlıq gördüyünü göstərir. Texnikanın və canlı qüvvənin cəmləşdirilməsi Azərbaycan tərəfdə narahatlıqla qarşılanır.
Hərbi ekspertlər qeyd edirlər ki, artilleriyanın bu cür irəli mövqelərə çıxarılması təkcə taktiki deyil, həm də psixoloji təzyiq məqsədi daşıya bilər. Xüsusilə qeyd olunur ki, bölgədə hazırda hava şəraiti texnika və şəxsi heyətin mövqelərdə uzunmüddətli yerləşməsi üçün uyğun hesab olunur.
Natiq SƏLİM,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 May 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















