Icma.az
close
up
RU
Təcili müdaxilənin gücü!

Təcili müdaxilənin gücü!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Hər kəsin bilməli olduğu ilk tibbi yardım bacarıqları...

Hər birimizin birbaşa təcrübəsi olmasa da, həyatımızın müəyyən anında qarşılaşacağımız ilk tibbi yardım müdaxiləsi bəzən ölüm və həyat arasındakı sərhədi müəyyən edir. Hər gün yüzlərlə insan qəza, xəstəlik, ya da təbii fəlakət nəticəsində ölümlə üzləşə bilir. Belə anlarda vaxtında edilən düzgün müdaxilələr, çox kiçik və sadə addımlar faciəni əngəlləyib həyatları xilas etməyə qadirdir. Çünki bir saniyəlik müdaxilə bir həyat qurtara bilər. Bir sözlə, ilk tibbi yardım insanların taleyini dəyişdirən gücə malikdir və bu bacarığı bilmək hər birimizin ən vacib məsuliyyətidir.

Bunu unutduğumuz zamanlarda, hər il 10 sentyabrda qeyd olunan Ümumdünya İlk Tibbi Yardım Günü bizə bu əhəmiyyətli sahənin vacibliyini bir daha xatırladır. Bu gün sadəcə tibbi yardım mövzusunu gündəmə gətirməkdən daha çox, insanların ilk tibbi yardımla bağlı məlumatlanmasını və bu sahədəki bacarıqları artırmağı məqsəd qoyur.

Bir saniyəlik müdaxilə bir həyat qurtara bilər...

İlk tibbi yardımın düzgün şəkildə göstərilməsi üçün əsas prinsiplərə əməl etmək çox vacibdir. Bu prinsiplər, sadə, amma həyati əhəmiyyət daşıyan yanaşmalardır. Onlardan bir neçəsinə diqqət yetirək:

Sakit olmaq və panikadan qaçınmaq

Hər hansı bir fövqəladə vəziyyətdə ilk reaksiya təşviş ola bilər. Lakin o insanın düşüncə tərzini bulanıq edir və düzgün müdaxilə imkanını əngəlləyir. İlk tibbi yardımı göstərən şəxs soyuqqanlı olmalı və vəziyyəti obyektiv şəkildə dəyərləndirməlidir.

Yardım çağırmaq

İlk tibbi yardım göstərmək çox önəmli olsa da, həkim və təcili yardım xidmətlərini çağırmaq da unudulmamalıdır. Tez bir zamanda təcili tibbi yardıma müraciət edilməsi, mütəxəssis müdaxiləsinin vaxtında gəlməsini təmin etmək lazımdır.

Əsas həyati funksiyaları yoxlamaq

Qəza və ya yaralanma vəziyyətində ilk növbədə şəxsin nəfəs alıb-almadığını, ürəyinin döyünüb-döyülmədiyini yoxlamaq lazımdır.

Qanama hallarında düzgün müdaxilə

Həmçinin, qanamanın qarşısını almaq da vacibdir. Bunu düzgün və sürətli şəkildə tətbiq etməklə, yaraya təmiz bir bandaj qoymaqla həyata keçirmək mümkündür.

Resusitasiya (ürək dayanması halında)

Ürək dayanması vəziyyətində reanimasiyanın tətbiqi həyati əhəmiyyət daşıyır. Süni tənəffüs və ürək masajı kimi üsullar bir çox hallarda tibb mütəxəssisləri gəlib müdaxilə edənə qədər həyatı davam etdirməkdə köməkçi olur.

Psixoloji yardım...

İlk tibbi yardım yalnız fiziki müdaxilədən ibarət deyil. Fövqəladə hallarda yaralı şəxslər təkcə fiziki deyil, eyni zamanda psixoloji dəstəyə də ehtiyac duyurlar. Sakitləşdirmək, qorxularını aradan qaldırmaq və onları rahatlaşdırmaq da vacibdir. Bu, həmçinin ilk tibbi yardım göstərənin işini asanlaşdırır, çünki psixoloji gərginlik, bəzən daha da ağırlaşmaların səbəbi ola bilər.

Göründüyü kimi, ilk tibbi yardım mövzusunda maarifləndirmə çox vacibdir. Hər kəsin bu biliklərə sahib olması, bəzən həyati əhəmiyyət daşıyan bir müdaxiləni vaxtında etmək üçün çox böyük bir şansdır. Bir çox ölkələrdə, xüsusilə məktəblərdə, təcili tibbi yardım təlimləri təşkil edilir. Bu təlimlər yalnız sağlamlıq sahəsində çalışanlar üçün deyil, hər bir vətəndaş üçün vacibdir. Hətta ən sadə bir yardım bilikləri, bir həyatı xilas etmək üçün kifayət edə bilər.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri