Icma.az
close
up
RU
Plastik butulkalardan özünə ada qurdu: İllərdir dənizin üzərində yaşayır

Plastik butulkalardan özünə ada qurdu: İllərdir dənizin üzərində yaşayır

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Plastik tullantıların təbiətə vurduğu zərəri azaltmaq istəyən britaniyalı ekoloq Riçart Sova 1998-ci ildə qeyri-adi layihəyə başlayıb. Meksikanın Karib dənizi sahilində Puerto Aventuras yaxınlığındakı laqunu seçən Sova minlərlə plastik butulkanı birləşdirərək dənizin üzərində yaşaya biləcəyi süni ada yaradıb.

Banco.az xəbər verir ki, ilk layihəsində təxminən 250 min plastik butulkadan istifadə edən ekoloq zamanla adanın üzərində ikimərtəbəli ev, üç kiçik çimərlik, günəş sobası və kompost tualeti inşa edib. Əraziyə əkdiyi manqrov ağacları isə adaya təbii görünüş qazandırıb.

Lakin uzun zəhmət hesabına yaratdığı ilk ada 2005-ci ildə bölgəyə təsir edən Emili qasırğası nəticəsində böyük ölçüdə dağılıb.

Qasırğaya baxmayaraq layihəsindən imtina etməyən Sova bu dəfə Isla Mujeres yaxınlığında daha qorunan laqunda yeni ada yaratmağa qərar verib. 2008-ci ildə tamamlanan adaya ingilis dilində “sevinc” mənasını verən “Joyxee” adı verilib.

“Daily Mail”in məlumatına görə, ikinci adanın tikintisində təxminən 150 min plastik butulkadan istifadə olunub. Bəzi mənbələrdə isə bu rəqəmin 100 minə yaxın olduğu bildirilir. Sova adanı yalnız üzən yaşayış məkanı kimi deyil, gündəlik ehtiyaclarını təbiətlə uyğun şəkildə qarşılaya biləcəyi bir sistem kimi qurub.

Elektrik enerjisini günəş panelləri vasitəsilə əldə edən ekoloq adada günəş enerjisi ilə işləyən şəlalə və iki kiçik hovuz da yaradıb. İnternet bağlantısının olduğu adada paltaryuyan maşını işlətmək üçün dəniz dalğalarının hərəkətindən də yararlanıb.

Əsasən bitki mənşəli qidalarla qidalanan Sova ərzaqlarının bir hissəsini öz bağında yetişdirib. Gündəlik istifadə etdiyi əşyaları, hətta idman avadanlıqlarını belə mümkün qədər ekoloji prinsiplərə uyğun seçib. Uzun illər adada tək yaşayan Sovanın həyatı 2014-cü ildə dəyişib. O, Facebook vasitəsilə Jodi Bowlinlə tanış olub. Münasibətləri inkişaf etdikdən sonra Bowlin də Joyxee adasına köçüb.

Dünya mediasında geniş işıqlandırılan üzən ada sonrakı illərdə bölgədə baş verən fırtınalar nəticəsində zərər görüb. 2019-cu ilin yanvarında isə yerli qurumlar Sovadan adanı ərazidən götürməsini tələb edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri