Təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair mallara 1.8 milyon xərclənəcək İşləri deputata məxsus olduğu bildirilən şirkət həyata keçirəcək
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası Təcili Yardım Xidməti" publik hüquqi şəxsi regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair malların alınmasına 1 760 350 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum "Azəri Med" QSC ilə müqavilə bağlamağı planlaşdırır.
Alınacaq məhsullara 64 ədəd xəstəbaşı monitor, 64 ədəd şırınqa pompası, 64 ədəd infuziya pompası, 64 ədəd venadaxili infuziyalar üçün ştativ, 64 ədəd 3 və 4 motorlu çarpayı, 32 ədəd 4 motorlu çarpayı və s. daxildir.
Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.
Cabir Həsənov

Deputata məxsus olduğu bildirilən şirkət Mərkəzi Bankın fəaliyyətinə mane oldu, cərimələndi
20 Dekabr 2024 08:08
Deputata məxsus olduğu deyilən şirkət 150 minlik sifariş
08 Aprel 2025 19:35
Tahir Kərimlinin seçkilərdəki rəqibinə məxsus olduğu bildirilən şirkət cəzalandırıldı
13 Yanvar 2025 09:08
Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu
05 Noyabr 2024 16:50

