Icma.az
close
up
RU
Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil ŞƏRH EDİLDİ

Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib.

Onun sözlərinə görə, çünki bəzi insanlar var ki, gəlirindən aslı olmayaraq kreditdən istifafə edir: "Bəzi seqment isə ümumiyyətlə, gəlirlərinin nisbətən aşağı olması, tələblərinin gəlirlərindən daha yüksək olması səbəbindən kreditdən istifadə edir. Bu, bəzi insanlarda adət halını alır, bəzi insanlarda isə zərurət halında baş verir. Hər hansı bir xəstəlik, yaxud da, övladlarının toyu olarkən, ciddi bir hadisə baş verdikdə kredit götürürlər.

Bütün dünyada ölkələr arasında maliyyə savadlılığına görə fərq var. “Kreditdən istifadə etmə kültürü” deyilən bir şey var. Məsələn, almanlar kredit götürmə məsələsində daha konservativdirlər. Amerikalılar dah çox kreditə meyillidirlər və istehlakçı bir cəmiyyətdir. Ölkədən ölkəyə, mentalitetdən mentalitetə fərqlənir. İnsanlar arasında da, belədir. Bəzi insanlar istehlaka, bəziləri isə yığıma meyillidirlər.

Təcrübələr göstərir ki, Azərbaycanda bəzi insanlar kreditdən çox qorxurlar. Biz tam deyə bilmərik ki, xalq olaraq istehlaka daha çox meyilliyik. Çünki ayrı-ayrı seqmentlər arasında çox böyük fərqlər var. Cəmiyyətdə maliyyə savadlılığı olmalıdır. Burada medianın üzərinə böyük güc düşür. Bəzi şəxslər var ki, kifayət qədər yüksək maaş alırlar, amma böyük borcları olur. Yəni maaşına uyğun olmayan qiymətdə avtomobil sürməyə meyilli olurlar. Lüzumsuz xərclər edirlər. Ayrı-ayrı şirkətlərin özlərində də maliyyə savadlılığı artırılmalıdır. Ona görə ki, işçilər maliyyə savadlılığının artırılması nəticəsində böyük maliyyə yüklərinə girməsinlər".

"Özünü doğruldan ən yaxşı xərc insanın özünə qoyduğu investiyadır. İstehlak yönümlü kreditlər təəssüf ki, insanlar arasında da yayılıb. Nəticədə bu, gələcək problemlər formalaşdırır. Çünki insan sabahkı gəlirinin hesabına bu gün xərcləyir. Nəticə etibarilə bu, cəmiyyət üçün problemdir. Belə insanların xərclərinin azalması daxildə müəyyən xidmət sektorunun zəifləməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və s. deməkdir. Ona görə də, məsələ kredit götürməkdə deyil, krteditin düzgün istifadə edilməsindədir. Elə insanlar var ki, kreditdən düzgün istifadə edərək öz rifahını artırırlar. Elə insanlar var ki, kreditdən yanlış istifadə edərək özlərinin rifahlarını daha da aşağı salırlar. Özlərini böyük problemlərə düçar edirlər. Əlbəttə ki, bu hər bir şəxsin fərdi məsələsidir. Ümumilikdə götürdükdə pulun dərk edilməsi, zamanla pulun dəyəri arasındakı nisbət məsələlərinin insanlar arasında aşılanması çox vacibdir ki, düzgün xərcləyə bilsinlər, yaxud kredit götürərkən yüz ölçüb, bir biçsinlər.

Amerikalı investor qeyd edir ki,"insan özünə lazım olmayanları aldıqda əvvəl-axır özünə lazım olanları satmağa məcbur olacaq”. Ona görə də, götürdüyümüz kreditlərə fikir verməliyik" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 May 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri