“Təcrübədən tətbiqə: müəllimlər üçün beynəlxalq təcrübə imkanı” layihəsinin açılış tədbiri keçirilib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Noyabrın 14 də Babək şəhər 2 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş “Təcrübədən tətbiqə: müəllimlər üçün beynəlxalq təcrübə imkanı” layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısının müavini Səbinə Abbasova, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov, Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, həmçinin müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər layihənin müəllimlərin peşəkar inkişafı, beynəlxalq təcrübənin yerli tədris prosesinə inteqrasiyası və məktəblərdə innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətli olacağını bildiriblər. Qeyd edilib ki, layihə müəllimlərin layihə yazılışı, idarəetmə, təşəbbüskarlıq və bilik mübadiləsi bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, layihənin məqsədi müəllimlərin beynəlxalq təcrübə əsasında layihə yazılışı və idarəetmə bacarıqlarını inkişaf etdirmək, əldə olunan biliklər əsasında məktəbdaxili metodik fəaliyyətləri gücləndirmək və şagirdlərdə layihəəsaslı öyrənmə vərdişlərini formalaşdırmaqdan ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















