Tədqiqatçı: Analizlərimiz Əlcəzair və Sahel regionunun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 iyun, AZƏRTAC
Sahel ölkələri ilə Əlcəzairin münasibətlərini dərindən araşdırmışam və bu mövzuda mütəmadi olaraq fənlər tədris edirəm. Hazırda mədəni köklərdən uzaqlaşdırılma məsələsi, bərpa olunan enerji mənbələri və davamlı inkişaf mövzularında tədqiqatlarımız aparılır. Həmin tədqiqatlar, xüsusilə Əlcəzairin enerji siyasətində transformasiya prosesləri, ekoloji dayanıqlılıq və regionda sosial-mədəni dəyişikliklərin siyasətə təsiri sahələrinə fokuslanır. Bu işlər regional və qlobal səviyyədə Əlcəzairin strateji mövqeyini gücləndirmək və davamlı inkişaf hədəflərinə çatmaq üçün yeni yanaşmaların işlənib hazırlanmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əlcəzairdən olan elmi tədqiqatçı Hichem DAOUD jurnalistlərə açıqlamasında söyləyib.
“Elmi fəaliyyətlərimiz həm akademik ictimaiyyət, həm də siyasi qərarvericilər üçün dəyərli məlumatlar təqdim edir, analizlərimiz Əlcəzair və Sahel regionunun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır”, - deyə tədqiqatçı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 03 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















