Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Seul, 21 may, AZƏRTAC
Azərbaycan Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada, ümumilikdə Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır.
Bu fikri Cənubi koreyalı tarixçi alim Lim Myeonq-Muk AZƏRTAC-a müxbirinə açıqlamasında deyib. Azərbaycan tarixi ilə bağlı araşdırmalar aparan koreyalı alim ölkəmizin Şərq ilə Qərb sivilizaisyalarını birləşdirən məkan olduğunu deyib.
“Mən bir tədqiqatçı kimi Mirzə Fətəli Axundovdan bəri Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm rolu haqqında araşdırma aparmışam. Azərbaycan Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada, ümumilikdə Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır. Cənubi Koreyanın Azərbaycan kimi Şərq və Qərb sivilizasiyalarını birləşdirən oxşar tarixi var. Düşünürəm ki, xalqlarımız dünyanı daha balanslı və firavan etmək üçün daha böyük dostluq quracaq”, - deyə Lim Myeonq Muk bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul


