Icma.az
close
up
RU
Tədqiqatçıdan yas mərasimlərində “Quran” oxunmasının lüzumsuz olduğunu düşünənlərə İLGİNC CAVAB...

Tədqiqatçıdan yas mərasimlərində “Quran” oxunmasının lüzumsuz olduğunu düşünənlərə İLGİNC CAVAB...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“...“Yasin” kimlər və nə üçün oxunur?..”

“Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk "Törə"sinin "Yasa", "Avesta"nın "Yasın" hissələrinin, müqəddəs "Qurani-Kərim"in "Yasin" surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin”in qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?..”

“Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır...”

Bu günlərdə ilahiyyatçı Elşad Miri mediaya insanlarımızın dünyasını dəyişmiş şəxslər üçün “Quran” və ayrıca həmin Allah Kitabının “Yasin” surəsini oxutması haqda belə bir açıqlama verib:

““Vəfat edən insan üçün istəyirsinizsə, “Quran” oxutdurun, istəyirsiniz, Bethoven çaldırın, brilliantdan nəisə qoydurun, heç bir faydası yoxdur. Çünki ölən insan üçün artıq “kitab” bağlanıb. Yanlız sağlığında etdiyi əməlləri, yaxşılıqları və ya pislikləri aparır. Məsələn, “Yasin” surəsi oxunur. “Quran”da 6 236 ayə var və onlardan yalnız bir ayə “Yasin” surəsində keçir ki, burada Quranın dirilər üçün olduğu xüsusi vurğulanır. Bununla yanaşı “Yasin” surəsinin 21-ci ayəsində qeyd edilir ki, sizdən heç bir mənfəət güdməyənlərə tabe olun. Burada isə kimsə öz mənfəəti üçün gəlib “Quran” oxuyur. “Xətm” sözü belə sonradan uydurulub...”

Doğrudur, deyilənlərdə böyük həqiqət var: bir sıra müsəlman ölkələri kimi, Azərbaycanda da din xadimlərinin, axund və mollaların Qurani-Kərimdən, Peyğəmbər hədislərindən və s. öz şəxsi qazancları üçün sui-istifadə halları çoxdur. Lakin əvvəla, yas mərasimlərində ümumiyyətlə Quran oxunmamasını təbliğ etmək doğru deyil. Çünki, təəssüf ki, sovet dövründən bəri insanlarımızın xeyli hissəsi İslamdan, Allah yolundan uzaqlaşıb, halal-haram prinsipinə əməl etmir. Və belələrinin az-çox doğru Allah kəlamı, Quran ayəsi eşitdiyi məkanlar məhz hüzn mərasimləridir... 

İkincisi də, “Vəfat edən insan üçün istəyirsinizsə, “Quran” oxutdurun, istəyirsiniz, Bethoven çaldırın...” deyərək Allah Kitabını hansısa dünyəvi musiqi ilə bir sıraya qoymaq da tənə, məsxərə kimi səslənir...

Tədqiqatçı Araz Şəhrili mövzu ilə bağlı Moderator.az-a “Yasin” kimlər və nə üçün oxunur?” başlıqlı araşdırma yazı təqdim edib ki, bu da yas mərasimlərində Quran oxutmağın əhəmiyyətsiz olduğunu hesab edənlərə başqa bir yöndən cavabdır. Həmin materialı dəyərli oxucuların müzakirəsinə buraxırıq:

“Yasin” kimlər və nə üçün oxunur?..”

“Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk "Törə"sinin "Yasa", "Avesta"nın "Yasın" hissələrinin, müqəddəs "Qurani-Kərim"in "Yasin" surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin”in qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?..”

“Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır...”

Dünyasını dəyişmiş insanlar üçün “Quran” oxutdurmağı mənasız hesab edənlərin hələ də anlamadıqları bir məsələ var: Yas mərasimində “Quran” ölü üçün deyil, orada iştirak edənlər üçün oxunur ki, ondan ibrət götürsünlər, təsəlli tapsınlar. Ölüyə, daha doğrusu, onun Bərzəx aləminə köşmüş ruhuna isə dirilərin maariflənməsində vəsilə olduğu üçün müəyyən bir savab düşə bilər...

Bəs niyə belə mərasimlərdə “Qurani-Kərim”in məhz “Yasin” surəsi qiraət edilir? 

Çünki bu surə həyatın üç əsas mərhələsi haqqındadır: 

1) Tovhid (Allahın təkliyi, başqa sözlə, ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr);

2) Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şər arasında mübarizənin getdiyi dövr);

3) Qiyamət (xeyrin şərə tam qalib gələcəyi dövr).

Eynilə zərdüştilərin müqəddəs kitabı “Avesta”nın “Yasna” (keçmişdə “Yasın”) hissəsi də həmin üç mərhələdən bəhs edir:

1) Ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr;

2) Xeyirlə şər arasında mübarizənin getdiyi dövr;

3) Xeyrin şərə tam qalib gələcəyi dövr.

Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır. Xatırladaq ki, Azərbaycan dilindəki “yaş” və “yaşıl” sözləri, əslində, elə həyatı bildirir. Onlar öz növbəsində “yaşa”, “yaşam”, “yaşayış”, “yaşamaq” kimi sözləri əmələ gətirmişlər.

Azərbaycan dilindəki “yaşıl” sözü çuvaş dilində “ejel” formasındadır. Rus dilində həmin söz əvvəlcə «желтый» (“jeltıy” - sarı), sonra isə «зеленый» (“zelyonıy” - yaşıl) şəkillərini almış, nəhayət, bu dildəki «жил» (“jil” - yaşayırdı), «жить» (“jit” - yaşamaq), «живот» ("jivot" - qarın), «жизнь» (“jizn” - həyat), «бытие» (həyat), «быть» (olmaq), «было» (olmuşdu), «быль» ("bıl" - olmuş), «боль» (“bol” - ağrı), ingilis dilindəki "be" (olmaq), “ill” (xəstə), “kill” (öldürmək), Azərbaycan və digər türk dillərindəki “il”, “jıl” (il), “öl” və “ol” (yenə də həyat), "bol" ("ol" anlamında), eston dilindəki "olla" (olmaq), "elu" (ol, həyat) sözlərini doğurmuşdur...

Qədim türklərdə həyat, yaşayış haqqında qanunların adı "Yasa" idi. "Yasa", əslində, qədim türklərin "Törə" qanunlarının əsas hissəsi idi. Qəribədir ki, qədim yəhudilər də öz müqəddəs kitablarını "Törə" (Tourə) adlandırırdılar. "Törə"nin (“Tövrat”ın) birinci kitabı olan, dünya və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit”in adı ivrit dilində “ilk", "başlanğıc", "əvvəldə” və ya “həyatın  əvvəli haqqında kitab” mənalarını  verir. 

Həmin ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış, həyat), rus dilinə «Бытие» ("bıtiyo" - həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur... 

P.S. Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk "Törə"sinin "Yasa", "Avesta"nın "Yasın" hissələrinin, müqəddəs "Qurani-Kərim"in "Yasin" surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin”in qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?... 

Müəllif: tədqiqatçı Araz Şəhrili”

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri