VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 12-14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Holdinq” şirkətlər qrupunun baş sponsorluğu ilə VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) təşkil olunacaq. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfransın mövzusu “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”dir.
Bu barədə AZƏRTAC-a iqtisad universitetindən məlumat verilib.
Konfrans çərçivəsində kitab sərgisi, məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, “COP-29 Azərbaycan töhfəsi: iqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel müzakirələr təşkil olunacaq.
Beynəlxalq konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 20-yə yaxın elmi bazasında indekslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















