Icma.az
close
up
RU
Tədris digər dillərdə aparılan məktəblərdə bu fənn Azərbaycan dilində keçiriləcək

Tədris digər dillərdə aparılan məktəblərdə bu fənn Azərbaycan dilində keçiriləcək

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumi təhsil müəssisələrində tədris olunan humanitar fənlər, xüsusilə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, o cümlədən çağırışaqədərki hazırlıq şagirdlərdə milli kimliyin formalaşması və vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən sözügedən fənlərin öz ana dilimizdə tədris olunması vacib addımdır. Çünki bizim övladlarımız öz mədəniyyəti və tarixi haqqında öz dilində düşünərək ən düzgün təəssüratı əldə edə bilər.

Teleqraf.com xəbər verir ki, son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir.

Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılıb (həftədə 2 saatdan 3 saata). Həmin siniflərdə Zəfər tarixi və Ortaq türk tarixi kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.

Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsidir.

Bildiyiniz kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. Qanunda qeyd edilmiş bu maddənin yeni redaksiyada yəni sözügedən fənlərin məhz Azərbaycan dilində tədris edilməsinin növbəti dövrdə nəzərə alınması məqsədəuyğun hesab olunur.

Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə digər dillər üzrə şagird qəbulu aparılır Eyni zamanda bəzi məktəblərdə beynəlxalq akkreditə olunmuş proqramların da tədrisinə şərait yaradılıb. Bu təhsil sistemində digər xalqların nümayəndələrinin təhsilinə şərait yaradılması baxımından nümunəvi tolerant addımdır.

2022-2023-cü ildə pilot olaraq 20 ümumi təhsil müəssisəsində icrasına başlanılmış ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihəsi uğurla nəticələndiyi üçün layihənin əhatə dairəsi genişləndirilmiş və 6-cı sinifdə də tətbiq edilməsi barədə qərar verilib. Rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyəti azərbaycanlı ailələrdən olduğu üçün prosesin bu formatda davam etdirilməsi məqsədəuyğun addım kimi qiymətləndirilir.

Yaxın zamanlarda tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsi nəzərdə tutulub. Həqiqətən də şagirdlərin Azərbaycan ədəbi nümunələrini original mənbədən olduğu kimi oxuyub anlaması mənimsəməni də gücləndirir. Çünki əksər hallarda fərqli mədəniyyətlərə sahib olan xalqların tarixi keçmişi və ənənələri əsasında yaradılmış əsərlər olduğu kimi oxunduğu zaman həqiqi mənasını ifadə edir və oxucunu düzgün məntiqi nəticəyə yönləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri