Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Təhdid özünüqoruma instinktini gücləndirir

Təhdid özünüqoruma instinktini gücləndirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müharibə dinc ölkəni minalardan istifadəyə vadar edir

Ottava Konvensiyası dinc, sabit dünya üçün nəzərdə tutulan bir öhdəlikdir. Başqa sözlə desək, silahlı münaqişələrin olmadığı, müharibə cinayətlərinin törədilmədiyi sakit dövr üçün keçərli sayılan konvensiyadır. Amma nə yazıq ki, bu gün sabit və dinc dünya mövcud deyil. Planetin müxtəlif nöqtələrində ən müasir silahlarla insanlar kütləvi şəkildə məhv edilir, yerdən və havadan hərbi-texniki vasitələrlə hücumlar həyata keçirilir, ayrı-ayrı ölkələrin əraziləri işğal olunur, yüz minlərlə sakin köçkünə, mühacirə çevrilir. Baş verənlər hücuma, təhdidə məruz qalan ölkəni özünün bəzi ərazilərinə kənardan hərbi sızmanın qarşısını almaqdan ötrü müəyyən sahələri minalamağa məcbur edir. Bu səbəbdən Ottava Konvensiyasının effektivliyinin xeyli azalmasına təəccüblənməyə dəyməz.

Hələ ötən ilin mart ayında Litva, Latviya, Estoniya və Polşanın müdafiə nazirlərinin birgə bəyanatında ölkələrini Ottava Konvensiyasından çıxmağa çağırışlar yer almışdı. Sonradan onlara Finlandiya da qoşuldu. İyun ayında isə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bu müqavilədən çıxması barədə fərman imzaladı. Artıq bu tendensiyanın genişlənməsi müşahidə olunmaqdadır. Finlandiya piyada əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan Ottava Konvensiyasından çıxdığını rəsmiləşdirdi. Bununla bağlı BMT-yə müvafiq bildiriş təqdim edildikdən altı ay sonra qərar qüvvəyə mindi. Yəni yuxarıda adlarını sadaladığımız ölkələr kimi, Finlandiya da bu silah növündən öz hərbi arsenalında istifadə etmək hüququnu qazanmış oldu. Prezident Aleksandr Stubb bildirib ki, konvensiyadan çıxandan sonra ölkə sülh dövründə mina sahələrindən istifadə etməyəcək, lakin ehtiyatları saxlamaq niyyətindədir: “Reallıq budur ki, qonşumuz Ottava Konvensiyasının tərəfi olmayan, özü də minalardan istifadə edən Rusiya adlı təcavüzkar dövlətdir”. Stubbun sözlərinə görə, Helsinkinin bu addımı qonşu ölkədən gələn təhdidlərlə qarşı təhlükəsizlik variantlarının öyrənilməsi və tətbiqinin zəruriliyi ilə izah olunur.

Yeri gəlmişkın, Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsini, istehsalını, toplanmasını və ötürülməsini qadağan edir. Həmçinin iştirakçı dövlətlərin üzərinə mövcud ehtiyatları məhv etmək öhdəliyini qoyur. 1997-ci ildə imzalanan, 1999-cu ildə qüvvəyə minən və 163 dövlətin qoşulduğu Konvensiya hər ay yüzlərlə insanı öldürən və şikəst edən silahların təsirini məhdudlaşdırmaq üçün güclü vasitə idi. Əsas qurbanlar isə mülki şəxslərdir. Minalar, təəssüf ki, bərpa və yenidənqurma işlərinə davamlı maneə olaraq qalır.

Azərbaycan “mina terroru”na məruz qalmış dünyanın azsaylı ölkələrindən biridir. Böyük səylərə baxmayaraq, minatəmizləmə sürəti potensial bərpa tempindən xeyli geri qalır. Yaranmış vəziyyətin paradoksallığı odur ki, ortada günahlandıracaq heç kim yoxdur. Bu, təhdidlə üzləşən hər bir ölkə üçün reallıqdır. İntəhası, Konvensiya, sadəcə, beynəlxalq sənəd deyil, torpağa “ölüm əkməmək” öhdəliyinə dair bəyannamədir. Üzv dövlətlərin bir çoxu piyada əleyhinə minaları tamamilə və ya demək olar ki, tamamilə ləğv etmişdi. Azərbaycanın bu Konvensiyaya qoşulmamasının səbəbi məlumdur. Buna görə işğalçı qonşumuza “təşəkkür” etməliyik.

Beləliklə, Estoniya, Latviya, Litva, Ukrayna və Finlandiya Ottava Konvensiyasından rəsmən çıxdılar. Baltikyanı xalqlara və finlərə nəzər yetirsək, görərik ki, adətən, bu cür məsələlərdə onlar məhdudlaşdırıcı tədbirlərə avanqardlıq edir və beynəlxalq öhdəliklərindən imtina etdikləri müşahidə olunmur.

Yəni bu gün ağıllı xalqların onilliklər boyu əməl etdikləri prinsiplərdən imtinası baş verir. Xeyirxahlıq və mərhəmət sülhməramlı təşəbbüsləri dəfn etməyə hazır olanların inadından üstün olmağı bacarmadı. Bir-birinin ardınca ayrı-ayrı ölkələr “əbədi basdırdıqları” kütləvi qırğın silahlarını üzə çıxarırlar.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsisçisi və prezidenti Umud Mirzəyev Ottava Konvensiyasından çıxışın səbəbi kimi təhlükəsizlik zərurətini önə çəkdi: “Bu prosesin arxasında humanitar hüquqa qarşı münasibətin dəyişməsi yox, beynəlxalq təhlükəsizlik mühitinin kəskin şəkildə transformasiyası dayanır. Ottava Konvensiyası qəbul edilərkən Avropada genişmiqyaslı müharibə real ssenari kimi nəzərdən keçirilmirdi. Bu gün isə Ukraynada davam edən hərbi çatışma göstərdi ki, dövlətlərarası silahlı toqquşmalar tam gücü ilə geri qayıdıb. Bu şəraitdə bəzi ölkələr hüquqi öhdəliklərlə öz milli təhlükəsizlik ehtiyacları arasında seçim qarşısında qalır. Bu seçim getdikcə daha çətin olur. Litva, Latviya və Estoniyanın ardınca Finlandiyanın da Konvensiyadan çıxış qərarı verməsi emosional yox, hesablanmış təhlükəsizlik yanaşmasının nəticəsidir”.

U.Mirzəyev diqqəti Rusiya ilə sərhəddə yerləşən ölkələrin tarixi təcrübələrində suverenliyin itirilməsi, hərbi təzyiq və zorakı ilhaq kimi hadisələrin olduğuna yönəltdi: “Ukrayna müharibəsi isə onlara açıq şəkildə göstərdi ki, beynəlxalq hüquqi sənədlər müharibənin qarşısını almağa kömək etmir. Baltikyanı ölkələr hesab edirlər ki, mümkün münaqişənin ilk mərhələsində ərazinin müdafiəsi üçün istifadə edilən vasitələrdən imtina strateji baxımdan risklidir. Mina kimi vasitələr isə onlar üçün deterrensiya və əraziyə nəzarət baxımından mühüm rol oynayır.

Hazırkı mərhələdə bu prosesin ümumavropa xarakteri aldığını demək olmaz. Daha çox Rusiya ilə sərhədi olan və ya özünü birbaşa təhlükə altında hiss edən ölkələr məsələyə yenidən baxır. Qərbi Avropa dövlətlərində isə təhlükəsizlik mühiti fərqlidir və humanitar hüquq hələ prioritet sayılır. Amma presedent artıq yaranıb və bu presedent beynəlxalq hüquq sisteminə uzunmüddətli təsirlər göstərə bilər. Yəni bu, lokal addımlar silsiləsi kimi başlasa da, gələcəkdə normativ sistemə təsir edəcək bir prosesdir”.

Bir daha Rusiya amilinə toxunan ekspert burada bir neçə paralel amilin olduğunu vurğuladı: “Bəzən ölkələr üçün minalar nisbətən ucuz və effektiv müdafiə vasitəsi hesab olunur. Digər vacib məqam isə beynəlxalq hüququn real icra mexanizmlərinin zəifləməsi və etibarsızlaşmasıdır. Müharibə zamanı pozuntuların qarşısı alınmır, məsuliyyət isə çox zaman illər sonra və məhdud formada müəyyən edilir. Çox təəssüf ki, Azərbaycan bu mövzuda əsas qurbanlardan biri və real təcrübə sahibidir. Biz onilliklər ərzində minaların xüsusən mülki əhali üçün hansı ağır nəticələr doğurduğunu açıq şəkildə gördük. Hesab edirəm ki, Ottava Konvensiyası tam mənada aktuallığını itirməyib, amma ciddi şəkildə yenidən düşünülməyə ehtiyacı var. Müasir münaqişələr göstərir ki, yalnız qadağalara əsaslanan yanaşma kifayət etmir. Əgər beynəlxalq hüquq təhlükəsizlik reallıqları ilə uzlaşmasa, dövlətlər ondan uzaqlaşmağa davam edəcək. Ona görə də əsas məsələ humanitar prinsiplərlə dövlətlərin real təhlükəsizlik ehtiyacları arasında balansın tapılmasıdır”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ANAMA-nın sifarişi əsasında işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətini göstərir.

Ottava Konvensiyasından çıxan ölkələr piyada əleyhinə minaların istehsalı, saxlanması və istifadəsi ilə bağlı hüquq qazanır. ABŞ, Çin və Rusiyanın bu konvensiyaya qoşulmaması, eyni zamanda, Rusiya və Ukrayna arasındakı müharibə bir daha piyada əleyhinə minaların geniş istifadəsini gündəmə gətirməkdədir. Təəssüf ki, beynəlxalq hüququn kobud şəkildə pozulduğu, ərazilərin işğal edildiyi indiki dövrdə hər bir ölkə öz təhlükəsizliyini düşünməyə, özünü qorumağa məcburdur.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri