Icma.az
close
up
RU
Təhlükə sinif otaqlarında gizlənib

Təhlükə sinif otaqlarında gizlənib

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması


“Dəyişiklik səndən başlayır” layihəsi işə düşdü


Müəllim və valideynlər birləşir – məktəblərdə bullinqə qarşı cəbhə açıldı

Orta ümumtəhsil məktəblərində şagirdlər arasında zorakılıq, qarşılıqlı şiddətin hər hansı formasının aradan qaldırılmasına yönəlmiş layihə icra olunur. “Dəyişiklik səndən başlayır” adlı layihə "Birbank"ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə keçirilir. “Dəyişiklik səndən başlayır!” layihəsi ümumtəhsil məktəblərində bullinqlə mübarizə məqsədi daşıyır. Eyni zamanda ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir. Xatırladaq ki, layihənin təqdimatı 2025-ci ilin 30 yanvar tarixində baş tutub. Layihə tərəfdaşlarının, media nümayəndələrinin, təhsil və beynəlxalq ekspertlərin iştirakı ilə təqdimat mərasimi olub. Tədbirdə "Birbank"ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. Fərqanə Məmmədova çıxışında bildirib ki, “Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir”.


 Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə  narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir. Təqdimat mərasimində qeyd edilmişdi ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, "Birbank"ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən “Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçirilib. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıraraq ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edib, bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdırmağa çalışırlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək. Əvvəlcədən də planlaşdırıldığı kimi bu vacib sosial layihənin icrası çərçivəsində Bakı şəhəri 18 saylı tam orta məktəbdə şagird və müəllim heyəti, eləcə də valideynlər üçün maarifləndirici sessiyaların keçirilməsinə başlanılıb. Qeyd edilib ki, bullinq (zorakılıq, şiddət, təhqir, alçaltma) şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir. Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri tərəfindən icra edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub.  Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir. 


Təhsil eksperti Elçin Süleymanov “Şərq”ə açıqlamasında bildirdi ki, son zamanlar orta məktəb şagirdləri, o cümlədən məhz qızlar arasında bullinqə meyillilik təəssüf doğurur. Amma bu təkcə təhsil müəssisəsinə aid məsələ deyil, bu, ümumən cəmiyyətlə əlaqədardır: 

- Problemin nədən qaynaqlandığını yalnız məktəb daxilində axtarsaq, doğru nəticə əldə etməyəcəyik. Problemi məktəbə yönəltmək yox, problemin mənbəyinə enmək, səbəbləri tapmaq lazımdır. Belə olarsa, biz “bu münaqişələr niyə ortaya çıxır” sualına cavab tapa bilərik. Elmi təhlillər onu göstərir ki, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara sərbəst çıxış və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz  qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, valideynlərin bir-biriylə yola getməməsi, ailədaxili münaqişələrdir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir, sosial şəbəkələrdə kriminal məzmunlu materiallar, uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, üstünlüyünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur. Şagirdlər nəzarətsiz buraxılmamalıdır. İstər məktəbdə, istərsə də məktəbdən sonra evdə, ailə daxilində uşaqlara daim ciddi nəzarət olmalıdır. Valideyn övladının davranışlarına diqqət etməlidir. Kimlərlə dostluq edir və necə dostluq edir, uşağın maraq dairəsi nədən ibarətdir? Və izah etməlidir ki, bu cür aqressiya yanlışdır, ziyanlıdır. Yeri gələndə tənqid etməlidir. Küçə jarqonu ilə danışmasını ona irad tutmalıdır. Amma dediyim kimi, hansı ailədəki böyüklər arasında zorakılıq var, ailədə mehriban, qarşılıqlı hörmət mühiti yoxdur, uşaq nə öyrənəcək, nə əxz edəcək böyüklərdən, öz valideynlərindən? Bu halda yük - vəzifə məktəbin, müəllimlərin üzərinə düşür artıq. Müəllim təcrübəli psixoloq və sosioloq kimi hər bir şagirdə fərdi yanaşmalıdır. Axı müəllim sinifdə hansı şagirdin dəcəl, sözə baxmayan, “ipə-sapa yatmayan” olduğunu görür, bilir. Müəllim maraqlanmalıdır, o şagirdin ailəsiylə. Açıq olmasa da, gizli şəkildə əgər müəyyən edilsə ki, ailədə problem var, o zaman müəllim ananı əvəz etməlidir. Çalışmalıdır ki, şagird düzgün tərbiyə alsın, davranışları dəyişsin. Ona görə biz hər zaman vurğulayırıq ki, məktəblə ailə uşaqların təlim-tərbiyəsində birgə iştirak etməlidir. Birtərəfli tərbiyə lazımi effekt verməyəcək. Məktəb psixoloqları da iş aparmalıdır şagirdlərlə. Ümumiyyətlə, yaxşı pedaqoq, həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə yönəlməsi ehtimalı aşağıdır. Yüksək ixtisaslı, bacarıqlı, uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız çoxdur. Lakin bunu da nəzərə almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən təhlükələrlə üz-üzədirlər. Dediyim kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız üçün böyük təhlükə daşıyır. Ona görə də problemə birtərəfli yanaşma müsbət nəticə əldə etməyimizə mane olar. Aqressiyanın mənbəyinə enmək, kökünə baxmaq lazımdır ki, haradan, nədən qaynaqlanır. Şagirdlərin aqressiv davranışı psixoloqlar tərəfindən araşdırılmalı, uşaqlar doğru yola yönləndirilməlidir. Belə olarsa, şiddət olaylarının azaldığını görəcəyik. Maarifləndirici seminarlar, şagirdlərin treninqlərə cəlb edilməsi də vacibdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri