Icma.az
close
up
RU
“Təhlükəli kompüter oyunları risklər sırasındadır”

“Təhlükəli kompüter oyunları risklər sırasındadır”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Vacib məsələlərdən biri gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlıdır. Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır: “Bu gün həmin mövzu ilə bağlı televiziya efirində müzakirə aparılması da problemin aktuallığını göstərir. Bu məsələ zahirən sakit görünsə də, əslində olduqca təhlükəlidir. Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli davranış modelləri mövcuddur.

Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da təsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq və yeniyetməlik dövründə formalaşır.

Hesab edirəm ki, zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin çox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas risk qrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir.

Bu baxımdan düşünürəm ki, komitəmiz gələcəkdə qanunvericilik təşəbbüslərində, sosial proqramların hazırlanmasında və ictimai tədbirlərdə bu məsələlərlə bağlı öz tövsiyə və təkliflərini verə bilər, aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu sahədə töhfə göstərə bilər”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see233

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see231

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see230

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see230

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see228

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see216

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see206

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see206

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see202

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see201

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see194

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see189

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see188

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see186

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see182

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see180

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see174

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see174

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see172

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri