Icma.az
close
up
RU
Təhlükəsiz İdman Forumu

Təhlükəsiz İdman Forumu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə II Təhlükəsiz İdman Forumu keçirilib.

Əvvəlcə Azərbaycanda baş tutmuş ilk Təhlükəsiz İdman Forumundan bəhs edən videoçarx nümayiş etdirilib.

İdmanda daha təhlükəsiz mühitin yaradılması və idmançıların rifahının yaxşılaşdırılması məqsədilə keçirilən foruma onlayn formatda qoşulan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz İdman şöbəsinin rəhbəri Kirsti Borrovs bu cür mötəbər tədbirin təşkilində MOK-un

xüsusi fəallıq nümayiş etdirdiyini vurğulayıb. Təhlükəsiz idman sahəsində ölkəmizin lider olduğunu qeyd edən IOC nümayəndəsi bildirib ki, təkcə bu ilin oktyabr ayında Azərbaycanda bu mövzuda müxtəlif tədbirlər baş tutub. O, Beynəlxalq Olimpiya Komitəsinin bütün üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsiz idman mühitinin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Sonra Təhlükəsiz idman üzrə IOC-nin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev “Təhlükəsiz İdman Hamı Üçün”, Azərbaycan Gimnastika Federasiyasının tibb və təhlükəsizlik üzrə meneceri Namiq Bədirxanov “Safeguarding (təhlükəsizlik) – İdmanda insan hüquqlarının qorunması”, Azərbaycan Cüdo Federasiyasının təhsil meneceri Orxan Oruczadə “Elit idmançılar üçün psixoloji sağlamlıq xidmətlərinin rolu”, UNICEF-in Azərbaycan nümayəndəliyi, Uşaqların müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov “Uşaqların zorakılıqdan müdafiəsi: UNICEF-in rolu və gələcəyə baxış”, Monteneqro Milli Olimpiya Komitəsinin üzvü Maya Pekoviç isə “İdmanda təhlükəsizliyin prioritetləşdirilməsi” mövzusunda təqdimatlar ediblər.

S.FİDAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri