Icma.az
close
up
RU
® Təhlükəsiz taksi səfəri hər kəsin hüququdur

® Təhlükəsiz taksi səfəri hər kəsin hüququdur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstifadəçilər artıq təhlükəsizliklə bağlı məqamları real vaxtda onlayn şəkildə bildirə bilərlər

Bakı, 12 iyun 2025 – Bolt tətbiqi vasitəsilə xidmət göstərən sürücülər və sərnişinlərin təhlükəsizliyi şirkətin fəaliyyətində əsas prioritetdir. Texnologiyaya əsaslanan həllərlə istifadəçilərə rahat və etibarlı nəqliyyat təcrübəsi təqdim edən platforma, təhlükəsizlik sahəsində daima yeniliklər və təkmilləşdirmələr həyata keçirir.

Səfər zamanı təhlükəsizliyi artırmaq məqsədilə tətbiqdə bir neçə funksiya mövcuddur:

● Səfərin canlı izlənməsi və yaxınlarla paylaşılması,

● Təcili Yardım düyməsi,

● “Trip anomaly” funksiyası – avtomobil 10 dəqiqə hərəkətsiz qalarsa, sistem avtomatik olaraq istifadəçi ilə əlaqə saxlayır.

Bütün səfərlər GPS vasitəsilə izlənilir və qeydə alınır.

Artıq bir neçə aydır ki, tətbiqdə Pick-up Code (Gedişin təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu “Təhlükəsizlik” bölməsindən aktivləşdirə bilər.

Bundan əlavə, səfər zamanı tətbiqdə yerləşən “Təhlükəsizlik Alətləri dəsti” bölməsi vasitəsilə istifadəçilər səfər zamanı yüksək sürət, sürücünün diqqətsiz davranışı (məsələn, telefonla danışması) və digər təhlükəli hallar haqqında qeyd göndərə bilərlər.

Bolt-un Etimad və Təhlükəsizlik üzrə meneceri İsa Rəhimli bildirib:

“Tətbiq daxilində səfərdən əvvəl, səfər zamanı və səfərdən sonra təhlükəsizliyi təmin edən bir sıra funksiyalar mövcuddur. Ən vacib məqamlardan biri budur ki, sərnişinlər hər hansı narazılıq yarandıqda — məsələn, avtomobil məlumatlarının uyğun olmaması, sürücünün qeyri-etik davranışı və ya digər təhlükəsizliklə bağlı hallar zamanı — tətbiq vasitəsilə Müştəri Dəstəyi ilə əlaqə saxlayaraq şikayətlərini bildirsinlər.

Eyni zamanda, istifadəçilərə tövsiyə olunur ki, səfərdən əvvəl avtomobilin nömrə nişanını, sürücünün şəklini və adını tətbiqdə göstərilən məlumatlarla müqayisə edərək yoxlasınlar. Marşrutu yaxınlarla paylaşmaq və səfərdən sonra sürücünü qiymətləndirmək həm təhlükəsizliyi artırır, həm də xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.”

Bolt şirkəti tərəfindən görülən bütün bu tədbirlərin əsas məqsədi sürücü tərəfdaşların, sərnişinlərin və ümumilikdə şəhər sakinlərinin gündəlik həyatında təhlükəsiz və rahat taksi xidmətindən istifadəsini təmin etməkdir.

Qeyd edək ki, Bolt tətbiqi vasitəsi ilə fəaliyyət göstərən bütün sürücülərin yerli qanunvericiliyə tam uyğun şəkildə xidmət göstərməsi əsas prioritetlərimizdəndir. Bu məqsədlə, aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edərək aktiv sürücülərin lazımi lisenziyaya malik olmalarını və nəqliyyat xidmətləri üçün tələb olunan bütün hüquqi və əməliyyat standartlarına cavab vermələrini təmin edirik. Bu əməkdaşlıq təhlükəsizliyin, şəffaflığın və tənzimləyici orqanlarla uzlaşmanın davamlı şəkildə qorunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri