Icma.az
close
up
RU
Təhlükəsizlik qüvvələri kütləvi şəkildə Rusiyadan qaçır və artıq Haaqada ifadə verir Hüquq müdafiəçisi

Təhlükəsizlik qüvvələri kütləvi şəkildə Rusiyadan qaçır və artıq Haaqada ifadə verir Hüquq müdafiəçisi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya hücuma başlayandan sonra polis əməkdaşları və digər güc strukturlarının nümayəndələri Qərbə qaçmağa başlayıblar. Onların bəziləri artıq rejimin necə repressiyalar həyata keçirdiyini aktiv şəkildə açıqlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mojem obyasnit” layihəsinə müsahibəsində "We Can Explain" fondunun təsisçisi, hüquq müdafiəçisi Olqa Romanova danışıb.

Romanovanın sözlərinə görə, əvvəllər bu cür hallar nadir olsa da, müharibə başlayandan sonra proses real axına çevrilib.

"Bunlar həm FSVP əməkdaşları (həbsxana sistemi-red.), həm yüksək səviyyəli istintaqçılar, həm də prokurorlardır. Mənim vasitəmlə, yəqin ki, onlarla insan keçib. Hazırda davamlı olaraq beş nəfərlə işləyirəm", deyə hüquq müdafiəçisi bildirib.

Romanova qeyd edir ki, indiyədək Qərbə qaçan ən yüksək vəzifəli şəxs Rusiya İstintaq Komitəsinin Mərkəzi Aparatının xüsusilə mühüm işlər üzrə istintaqçısıdır. Hazırda həmin istintaqçı Böyük Britaniya universitetlərindən birində Rusiyada hüquq müdafiəsi mövzusunda dissertasiya yazır.

"Dörd yüksək vəzifəli FSVP əməkdaşı Beynəlxalq Cinayət Məhkəməsində ifadə verib və universal yurisdiksiya çərçivəsində – yəni hərbi cinayətlərin sənədləşdirilməsi prosesində – ifadə verməyə davam edir. Onlar rusiyalı həbsxanalarda ukraynalıların işgəncəyə məruz qalması ilə bağlı verilən göstərişlərin şahidi olublar", deyə Romanova vurğulayıb.

Hüquq müdafiəçisi hesab edir ki, bu insanların ifadələri bəzən BMT hesabatlarından da önəmlidir, çünki onlar Rusiya sistemini içəridən bilirlər.

Onun sözlərinə görə, qaçanların əksəriyyəti güc strukturlarına daxil olarkən sistemi içəridən dəyişmək ümidi daşıyırdı, lakin Ukraynaya qarşı müharibə başlayandan sonra bu xəyallar tamamilə puç olub.

"Əsasən ölkələrinin – Rusiyanın – aqressor olmasından dəhşət duyurlar və istər-istəməz bu aqressiyada müəyyən formada iştirak etməli olurlar. Cəbhədə kimisə ‘xilas etmək’, ukraynalılara işgəncə vermək...", deyə Romanova bildirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri