Icma.az
close
up
RU
Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir ŞƏRH

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin sayca 5-ci toplantısına ev sahibliyi etdi. Bu, Azərbaycanın TDT-də təhlükəsizlik gündəliyinə verdiyi önəmi və təşkilata sədrliyi çərçivəsində bu istiqamətdə fəal rolunu göstərir. Təhlükəsizlik üzrə rəhbər şəxslərin Bakıda bir araya gəlməsi ortaq təhdidlərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından mühüm platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən də çox vacib mesajlar verildi. Dövlət başçısı bildirdi ki, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir.”

"Bu nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüsü və əsas iştirakçılığı ilə reallaşan layihələrin təhlükəsizliyi məsələsi ön plana çıxır. Ümumiyyətlə, Azərbaycanın hərbi-siyasi uğuru olan Qarabağ Zəfəri Türk dünyasında nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və geosiyasi əməkdaşlıq üçün yaranmış yeni imkanlar kontekstində qiymətləndirilməlidir. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının təhlükəsizlik şuraları katiblərinin Bakı görüşünə müraciətində Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın əsasını qoyduğunu və Zəngəzur dəhlizinin reallaşmasına yol açdığını qeyd edib",- deyə deputat diqqətə çatdırıb.

K.Nurullayevanın fikrincə, burada əsas məsələ Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə, oradan isə Türkiyə və Avropa ilə əlaqələndirilməsidir. Türk Dövlətləri Təşkilatı da Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizini strateji prioritet kimi müəyyənləşdirir. Məqsədlər sırasında gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma, multimodal daşımaların inkişafı və nəqliyyat maneələrinin aradan qaldırılması xüsusi yer tutur. Beləliklə, Qarabağ Zəfərinin yaratdığı şərait Türk dünyası üçün yeni imkanlar formalaşdırır.

"Zəngəzur dəhlizinin reallaşması isə Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə xəttinin daha sıx inteqrasiyasına şərait yaratmış olur. Türk Dövlətləri Təşkilatının sənədlərində də Zəngəzur dəhlizi Orta Dəhlizin əlaqəliliyini gücləndirə biləcək imkan kimi göstərilir. Bu baxımdan dəhliz Türk dünyasının coğrafi birliyinə xidmət edən bağlantı layihəsidir", - deyə o əlavə edib.

Deputat bildirib ki, təhlükəsizlik sahəsində koordinasiyanın nəqliyyat və iqtisadi inteqrasiyanı müşayiət etməsi Türk Dövlətləri Təşkilatının əməkdaşlığını daha da dərinləşdirir. Bu mənada qarşıdakı mərhələnin əsas məsələsi Türk dünyasının mövcud imkanlarını konkret nəqliyyat, investisiya, texnologiya və təhlükəsizlik layihələrinə çevirməkdir.

"Təhlükəsizlik sahəsində də artıq institusional baza formalaşıb. Təhlükəsizlik şuralarının katiblərinin müntəzəm görüşləri keçirilir, konkret layihə və proqramlarla təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi müzakirə olunur. Prezident İlham Əliyevin müraciətində də terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi istiqamətlər xüsusi qeyd edilib. Bu, həm də regional və qlobal enerji-nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin olunmasına hesablanıb", - deyə Könül Nurullayeva bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri