Icma.az
close
up
RU
Təhlükəsizlikdə həkimlərin rolu və ya xəstə sürücülərə nə çarə qılaq?

Təhlükəsizlikdə həkimlərin rolu və ya xəstə sürücülərə nə çarə qılaq?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə xəstə sürücülərin törətdiyi 2 qəzadan birində sərnişin, digərində isə sürücü dünyasını dəyişib. Xəstə sürücü həm özü, həm digər yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyidir. Məsələn, şəkər xəstəsi olan sürücü sükan arxasında komaya düşərsə qəza labüddür. Eynilə də ürək problemi olan sürücülər. Bəs problem təkcə bizim ölkədədirmi? Beynəlxalq təcrübədə həll yolu nədir? 

Avtosfer.az xəbər verir ki, əksər ölkələrdə sürücülük hüququnun yaranmasına mane olan xəstəliklər oxşardır. Lakin məsələnin başqa tərəfi də var: iddiaçı imtahan verir, tibbi arayış gətirib sürücülük vəsiqəsini alır. Bir müddət sonra onda avtomobil idarə etməyə mane olan ciddi xəstəlik ortaya çıxır: Diabet nəticəsində görmə qabiliyəti zəifləyir, kardioloji və ya nevroloji problemlər özünü göstərir. Lakin buna rəğmən o, heç nə olmamış kimi avtomobil idarə etməyə davam edir. Ta ki, ağır qəza törədənə qədər. Bəs polis bununla necə mübarizə apara bilər?

Dünyanın heç bir ölkəsində polisin hansısa sürücünün sağlam və ya xəstə olmasına dair rəy vermək səlahiyyəti yoxdur. Yol polisi şəxsi mülahizə əsasında kimisə xəstə və ya yaşlı hesab edərək hərəkətdən kənarlaşdıra bilməz. Bu işi həll etmək tibb müəssisələrinin və sığorta sisteminin vəzifəsidir. 
Hər şeyin elektronlaşdığı dövrdə bunu etmək çox sadədir: Avropa ölkələrində tibb müəssisələri bir qayda olaraq ağır xəstəlik keçirən pasiyentlərlə bağlı məlumatı polisə ötürürlər. Polis bu məlumatlar əsasında sürücünün vəsiqəsinin qalıb-qalmamasına qərar verir. 

Bu yolla dövlət bir güllə ilə 2 dovşan vurmuş olur: mümkün qəzaların qarşısı alınır, ölüm və xəsarət halları azalır, avtomobillərə və infrastruktura ziyan dəymir. Bununla da həm tibb müəssisələrinin işi yüngülləşir (ağır yaralılarla məşğul olmur), həm də sığorta şirkətlərinin xərci azalır (ağır qəza yoxdursa ödəniş də yoxdur). Daha dərinə getsək, 1 avtomobilin belə hərəkətdən kənarlaşdırılması ətraf mühitə faydalıdır.

İşin hüquqi aspektinə gəlincə: sürücülük hüququ təbii hüquq olmadığı üçün onun ictimai maraqlar naminə məhdudlaşdırılması insan hüquqlarının pozulması kimi tövsif oluna bilməz. Xəstə sürücülərin yollardan yığılması həm də ictimai təhlükəsizliyin bir elementidir. İctimai təhlükəsizliyin təmin edilməsi polisin birbaşa vəzifəsi olsa da, bunu təkbaşına edə bilməz. Bu xüsusda həkimlərin də köməyi vacibdir. 

Azərbaycan təcrübəsi göstərir ki, xəstə və yaşlı insanlar avtomobildən əl çəkmək istəmirlər. Belə hallara rayon yerlərində daha çox rast gəlinir: yaşlı adam (çox vaxt da zərurət olmadan) sürətli yolda avtomobillə 40 km/saat sürətlə hərəkət edir. O, öz aləmində düşünür ki, “pensiyaçı rejimində” maşın sürməklə bütün təhlükələrdən uzaqdır. Bu tip “ağsaqqallara” qohum-əqrəbanın qınağı da təsir etmir. Yeganə çarə məsələnin inzibati yolla həllidir.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Mart 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri