Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Regional təhlükəsizlikdə Azərbaycanİran vektoru

Regional təhlükəsizlikdə Azərbaycanİran vektoru

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxud Əli Əkbər Vilayətinin optimizminə sözardı

İranın Ali Dini Lideri ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, İİR-in keçmiş Xarici işlər naziri Əli Əkbər Vilayətinin “NourNews”a müsahibəsində Azərbaycanla münasibətlər və Zəngəzur dəhlizi ilə əlaqədar bildirdikləri maraq doğurmaqdadır. Məsələyə bir neçə aspektdən yanaşmağı zəruri sayırıq.

Əvvəla, İranın “Boz kardinal”ı kimi qiymətləndirilən Əli Əkbər Vilayəti kimi təcrübəli dövlət adamının və diplomatın ölkəmizlə bağlı səsləndirdiyi xoş sözlərə nəzər salaq. Cənab Vilayəti İran və Azərbaycan arasında son günlər keçirilən hərbi təlimlərin üzərində dayanaraq, bunu iki ölkənin artan qarşılıqlı etimadının nümayişi kimi qiymətləndirib. O, birgə təlimləri İranın və Azərbaycanın tarixində bölgə üçün sülhün və təhlükəsizliyin qərarlaşması baxımından dönüş nöqtəsi olaraq dəyərləndirib. Hesab edirik ki, onun fikirlərindəki ən müstəsna məqam məhz budur.

Müstəqillik illərində İran dövlətinin hansısa təmsilçisinin bu cür bəyanat səsləndirməsi yada gəlmir. Hərçənd, Prezident İlham Əliyevlə İİR-in sabiq Prezidenti İbrahim Rəisinin (onun helikopter qəzasında həyatını itirməsindən əvvəl) bu ilin mayında dövlət sərhədində keçirilmiş tarixi görüşünün səmimi notlarla yadda qaldığını xatırlamalıyıq. Yəni, hazırda Vilayətinin dilə gətirdiklərində həmin səmimiyyətin motivləri var. Düşünülə bilər ki, Bakı və Tehran regionda sülh və təhlükəsizliyin qarantı rolunda çıxış edirlər, yaxud mövcud ampluada dayanmağa qərarlıdırlar.

Qeyd edək ki, Azərbaycan 44 günlük müharibədən sonra “3+3” platformasını, başqa sözlə desək, regional məşvərət formatını irəli sürüb. Bu platforma “region region ölkələri üçündür” şüarını rəhbər tutmaqdadır və İran da mövcud müstəvidə təmsil olunur. Tehranın qurumdakı mövcudluğu heç də simvolik xarakter daşımır. Ancaq Əli Əkbər Vilayətinin hazırda bildirdikləri ölkəsinin regional konsolidasiyadakı qətiyyətliliyinin təsdiqidir.

Diqqət yetirək, cənab Vilayəti bildirir ki, İranın və Azərbaycanın birgə hərbi təlimləri ağıllı siyasətin nəticəsi olan mühüm hadisədir. O, həmçinin əlavə edir ki, sözügedən təlimlər hər iki ölkə arasında qardaşlıq münasibətlərinin və mehriban qonşuluğun getdikcə möhkəmlənməsinin göstəricisidir. Aydındır ki, ağıllı siyasət, eyni zamanda, ətrafa düzgün mesajların verilməsi xarakterinə malikdir. Bu mənada, həmin siyasətin nəticəsi qismində qiymətləndirilən təlimlər də özündə xaricə mesaj mahiyyətini daşıyır. Elə isə mesaj kimədir, daha doğrusu, hansı qüvvələrədir?

İranın və Azərbaycanın ortaq tarix, din, dil, mədəniyyət, ənənələr və maraqlar baxımından çox yaxın dövlətlər olduqlarını deyən Ə.Vilayətinin üzərində dayandığı daha bir məqam Qərbin və NATO-nun timsalında ABŞ-nin Cənubi Qafqaz regionunda möhkəmlənmək niyyətidir. Çox güman ki, haqqında söz açdığımız mesajın mahiyyəti elə budur. Nəzərə alaq ki, Vilayəti Qərbin regiona təsir niyyətli addımlarının düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ NATO pərdəsi altında regiona nüfuz etmək və praktiki olaraq Rusiyanın diqqətini Ukraynadan Cənubi Qafqaza yönəltməklə alternativ yaratmaq istəyib. Maraqlıdır ki, İran rəsmisi Tehranın bunun qarşısını aldığını deyib. Hər halda, Vilayəti kimi təcrübəli diplomatın bildiyi nələrsə var.

Onu da vurğulayaq ki, Qərbin Cənubi Qafqazda möhkəmlənmək aləti Ermənistandır. Azərbaycan 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi təşəbbüsünü irəli sürəndə, buna qarşı çıxan da rəsmi İrəvan olmuşdu. Halbuki, savaşa son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın regional kommunikasiyaların açılması məsələsini özündə ehtiva edən ən başlıca məqam ölkəmizin Zəngəzur dəhlizi adlandırdığı Naxçıvana yoldur. O yol ki, Ermənistan ərazisindən keçməli və maneəsiz olmalı idi. Yəni, yolda sərhəd və gömrük nəzarəti tətbiq edilməməli idi. Rəsmi İrəvan bundan – yəni, üçtərəfli bəyanatla üzərinə düşən öhdəlikdən yayınır, özünün “Dünyanın kəsişməsi” ideyasını ortaya atır. Bu ideya isə Ermənistanı regional kommunikasiyaların başlıca fiquruna çevirir. Mövcud amplua ölkəyə öz şərtlərini diktə imkanı yaradır. Beləliklə, regionda Qərbin dayaq nöqtəsi olan Ermənistan, eyni zamanda, mühüm bloqpost nöqtəyə çevrilir.

Görəsən, cənab Vilayəti Qərbin bu planının qarşısını İranın almasındanmı söz açır? Məsələ barəsində birmənalı cavab vermək çətindir. Amma Tehran rəsmisinin sözlərindən gəlinən qənaət budur ki, ölkəsi, mahiyyətcə, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmayıb, daha çox Qərbin regiondakı istəklərinə sədd çəkib. İndi necə düşünək, İran Ermənistana qarşı çıxıb? Yaxud Qərbin İrəvanın əli ilə gerçəkləşdirmək istədiyi “Dünyanın kəsişməsi”nimi əngəlləyib?

Cənab Vilayəti İranın Qərbin planlarını pozması məntiqinə izah verərək deyib ki, “Amerika başda olmaqla, Qərbin planı bu idi ki, Orta Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Şərqdən Qərbə doğru nəqliyyat dəhlizi yaratsın”. Onun sözlərinə görə, Tehran bu planın dərinliyini dərk edib.

“Heç bir xoş niyyəti olmayan Qərbdən fərqli olaraq, İran, həqiqətən də, azərbaycanlı qardaşlarının mənafeyini və rifahını istəyir”, – deyən Vilayəti daha sonra əlavə edib: “Təbii ki, bu məsələdə qarşılıqlı anlaşma üçün vaxt lazım idi və indi biz ümumi nəticələrə gəldik ki, bir neçə ay ərzində üç birgə hərbi manevr həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasına, regionun tarixində dönüş nöqtəsinə, həssas bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına işarədir”.

Bəli, İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə müşavirinin Azərbaycanla bağlı fikirləri nə qədər pozitiv və səmimi olsa da, onun dilə gətirdiyi məsələlərdə qaranlıq qalan bir sıra məqamlar da var. Azərbaycanın prinsipial baxışı budur ki, Naxçıvana quru yolu olmalıdır. Ermənistan özünün ərazi bütövlüyü və suverenliyinibayraq edərək, yolun maneəsizliyinə təminat vermir. Mövcud fonda Tehrandan çox tez-tez eşildilmiş regionda sərhədlərin dəyişməsinin yolverilməzliyi bəyanatı erməni avantürizminə dəstək mahiyyəti daşımışdı. Hər halda, belə bir görüntü var idi. Təəssürat formalaşmışdı ki, İran da rəsmi İrəvanın rəhbərliyində təmsil olunanlar kimi, Azərbaycanın Ermənistana hücumu məntiqini əsas tutub, sanki buna müqavimət yaradırmış kimi davranır. Halbuki, rəsmi Bakı təcavüz istəyindən uzaqdır. Görəsən, İrana vaxt bunun dərk edlməsi üçün lazım olub?

Digər tərəfdən, Vilayətinin Qərbin planı kimi təqdim etdiyi Orta Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Şərqdən Qərbə doğru nəqliyyat dəhlizi məsələsi yenə aktuallığını saxlamaqdadır. Ancaq lap əvvəldən də onun Qərbin planı təmayülü yox idi. Nəzərə alaq ki, Şərqdən Qərbə doğru daşımalarda səmərəliliyin artırılmasında Avropa nə qədər maraqlıdırsa, bir o qədər də Çin maraqlıdır. Ümumiyyətlə, dünya prosesin reallaşmasına səy göstərir. Başlıca ziddiyyətli məqam isə mövcud trayektoriyaya, belə demək mümkünsə, erməni pazını salmaqdır. Ölkəmiz bunu təhlükəli sayır və saymaqda haqlıdır. Çünki otuz ildən artıq bir müddətdə erməni işğalı ilə üzləşib. İranın da böyük ölçüdə biganə yanaşdığı, aradan qaldırmaq üçün əməli fəaliyyət göstərmədiyi işğalla. Hazırda isə işğal aradan qalxıb, ancaq heç bir təminat yoxdur ki, Ermənistan nə zamansa yenidən hərəkətə keçməyəcək. Üstəlik, Bakı–İrəvan sülhü də istisna təşkil etməkdədir. Belə bir durumda İran kimin tərəfindədir? Demək olarmı ki, Tehran Bakını dəstəkləyir?

Azərbaycan erməni pazının ortaya atılmaması üçün Naxçıvana yolun İran ərazisindən keçməsi təşəbbüsünü də qaldırıb. Mövcud istiqamətdə ciddi irəliləyişin olduğu açıqlanıb. Qərbin, xüsusən, ABŞ-nin qarşı çıxdığı məhz budur. Birləşmiş Ştatlar Naxçıvana yolun İrandan keçməsinə qəti etirazını da bildirib. Ermənistanın sürətlə silahlandırılması fonunda belə düşünmək mümkündür ki, Naxçıvana yol İrandan keçəcəyi təqdirdə Qərb İrəvanın əli ilə regionda qeyri-sabitlik yaratmağa çalışacaq. Yəni, Qərbin anti-Rusiya köklənişi kimi, anti-İran xətti də var. Məsələyə bu prizmadan yanaşsaq, daşların yerinə oturduğunu söyləmək mümkündür. Həm də ona görə ki, ortada Azərbaycanın və İranın hərbi təlimlərinin timsalında regionun kənar qüvvələrə qarşı birgə güc halında konsolidasiyasından söz açmaq olar. Hadisələr hansı səmtə doğru inkişaf edəcək, bunu zaman göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri